Rusiya “S-300” zenit-raket sisteminin çatdırılması çərçivəsində Suriyaya texnikanın 49 vahidini verib.
ONN media “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə müdafiə naziri Sergey Şoyqu bildirib.
“Biz “S-300” komplekslərinin çatdırılmasını başa çatdırdıq. Bura texnikanın 49 vahidi daxildir”, - nazir deyib.
Müdafiə idarəsinin başçısı qeyd edib ki, artıq suriyalı mütəxəssislərə “S-300”-lərin idarə edilməsinin öyrədilməsinə başlanılıb və bunun üçün üç ay lazım olacaq.
“S-300” zenit-raket sisteminin Suriyaya çatdırılması haqqında qərar Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsinin vurulmasından sonra verilib.
Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Hmeymim təyyarə bazasına qayıdan zaman radarlardan itib. Sonradan dəqiqləşdiriblər ki, “İl-20” Latakiya əyalətdə Suriya ordusunun obyektlərinə İsrailin 4 “F-16” təyyarəsinin hücumu gedişatında yoxa çıxıb.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Suriyanın Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub. İdarədən bildiriblər ki, İsrail pilotları “İl-20”nin arxasında gizlənərək onu “S-200” kompleksinin atəşi altında qoyublar. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov İsrailin hərəkətlərini “düşmən hərəkətlər” kimi qiymətləndirib.
Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.
Rusiya lideri Vladimir Putin Suriyadakı hərbi qüvvələrin təhlükəsizliyi üçün yeni tədbirlərin görüləcəyini açıqlayıb.
Daha sonra isə Sergey Şoyqu Rusiya iki həftə ərzində “S-300” zenit-raket komplekslərini Suriya ordusuna çatdıracağını bəyan edib.
Ekspertlər hesab edirlər ki, “S-300” Suriya ordusuna ölkənin hava məkanının böyük hissəsinə, hətta İsrailin hava məkanının bir hissəsinə nəzarət etməyə imkan verəcək. Zenit-raket komplekslərinin Suriyaya çatdırılmasından sonra İsrailin bu ölkədə hava əməliyyatları keçirməsinin çətinləşəcəyi bildirilir.



İsrailin BÖYÜK QORXUSU- Bu tarixdən...
ABŞ-dan Rusiyaya ŞOK- "Əvvəlki taktikamız qayıdacaq"
Putin elə bir addım atdı ki...
Rusiyanın elə bir yalanı açıldı ki...
Rusiyadan gözlənilməz ADDIM- BAĞLADI..
Türk mənbədən S-400-lərlə bağlı YENİ XƏBƏR - Bu tarixlərdə...
S-400 komponentlərini daşıyan 6-cı təyyarə Türkiyədə eniş edib
Rusiyanın "Sosna"sı hazırdır: Tamamilə görünməz və...
Putinin yenilməz silahı istifadəyə hazırdır
Rusiya BMT-nin təcili toplantısını çağırdı
ABŞ-ın Suriyaya atdığı raketlərin əksəriyyəti... - Rusiya HƏR ŞEYİ AÇDI
Vaşinqtondan Türkiyəyə pozitiv təklif
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 