ONN İnformasiya Agentliyi

60 erməni hərbçi ölüb – Düşmən ordusunda xaos

60 erməni hərbçi ölüb – Düşmən ordusunda xaos
09 Yanvar 2018 - 17:38

Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin təqdim etdiyi yekun hesabata əsasən 2017-ci ildə Ermənistan ordusunda 60 hərbi qulluqçu həlak olub.

Ordu.az saytı xəbər verir ki, ofisin məlumatına görə hesabat rəsmi, qeyri-rəsmi və hərbi qulluqçuların qohumlarından əldə edilmiş məlumatlar əsasında hazırlanıb. Vanadzor ofisinin araşdırmalarına görə, 60 ölüm hadisəsi qeydə alınıb ki, bunlardan 55 fakt üzrə cinayət işi qaldırılıb. 

Bunlardan yalnız 50 faktla bağlı ilkin rəsmi mənbələrdə məlumat verilib. 10 fakt isə KİV-lərdə yayımlandıqdan sonra, 9 fakt rəsmi şəxslər tərəfindən təsdiq edilib. 1 fakt isə yalnız KİV-lərdə işıqlandırılıb. 2017-ci ildə baş verən ölüm hadisələrin böyük hissəsi, 38 fakt işğal altında Dağlıq Qarabağda qeydə alınıb. 

Təxribata cəhd nəticəsində ölənlərin sayı 22 nəfər olaraq göstərilir. 2016-ci illə müqayisədə 2017-ci ildə atəşkəsin pozulması nəticəsində ölənlərin sayı 13 nəfər, bədbəxt hadisələr nəticəsində ölənlərin sayı isə 5 nəfər azalıb. Özünəqəsd və ya özünəqəsd həddinə çatdırma səbəbindən ölüm hadisələrində 5 nəfər azalma qeydə alınıb. 

Buna baxmayaraq səhhətində yaranmış problemlərlə bağlı ölənlərin sayı 1 nəfər artıb. Son 7 illə müqayisə edildikdə 2014-2015-ci illərdə qeyri-döyüş şəraitində ölənlərin sayı azalsa da, 2016-2017-ci illər ərzində bu say kəskin artıb. 

Hesabatda 59 və təsdiqlənməyən 1 ölüm hadisəsi də daxil olmaqla düşmən itgilərinin 60 nəfər olduğu göstərilib. 

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə erməni silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, erməni hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png