Trampın komandası BMT Baş Assambleyasının Qüdslə bağlı qərarına müvafiq cavablar verməyə hazırlaşır.
ONN media xəbər verir ki, belə bir bəyanatla ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert çıxış edib.
Onun sözlərinə görə, Donald Tramp administrasiyası hələ ki, Qüdsün İsrailin paytaxtı tanınmaması ilə bağlı qətnaməni dəstəkləyən ölkələrə maliyyə yardımını ləğv etmək haqqında qərar verməyib.
H.Nauert onu da bildirib ki, BMT-dəki səsvermə ABŞ-ın qərarına yenidən baxması üçün elə də yeganə faktor hesab edilmir: “Tramp administrasiyası hazırda qərara səs verən ölkələrlə münasibətlərinə bu və ya digər formada baxmağı öyrənir. Trampın komandası həmçinin BMT-nin bu qərarına müvafiq cavab verilməsi üzərində çalışır. Odur ki, müxtəlif variantlar ola bilər. Lakin indiki halda hər hansı konkret qərar verilməyib”.
BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə bağlı müzakirəyə çıxarılan qətnaməyə 128 ölkə əleyhinə, 9 ölkə lehinə, 35 ölkə isə bitərəf qalıb.
Qeyd edək ki, BMT-də səsvermədən öncə ABŞ-ın bu qurumdakı təmsilçisi Nikki Heyli bildirib ki, hansı ölkə qərarı dəstəkləməsə ABŞ həmin ölkələrə maliyyə dəstəyini kəsəcək.



“Qüdslə bağlı qərarı dəyişmək üçün əlimizdən gələni edəcəyik”- ƏRDOĞAN
Azərbaycan Qüdslə bağlı qətnamənin lehinə səs verdi- FOTO
6 milyarddan çox insan Trampın qərarına qarşıdır
"Heç bir sülh planınızı qəbul etməyəcəyik" - Fələstin lideri Mahmud Abbas
İsrail Qüdslə bağlı qərar verdi- 14 MİN EV TİKİLİR
Qüdslə bağlı iddialara nöqtə qoyuldu
Ərdoğan Roma Papası və Putinlə görüşəcək - Qüdslə bağlı
ABŞ-ın Qüds qərarından Bakı istifadə edə bilər - Politoloq
Tramp toy edən cütlüyü belə sevindirdi - VİDEO
Tvitter Trampın hesabını blokladı
Trampın səhhəti pisləşdi - "Vaniti Feyr"
Trampın yeni sosial şəbəkəsi fəaliyyətə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 