İsraillə gərgin münasibətlər Rusiyanın maraqlarına cavab vermir. Bu gərginliyə qədər Prezident Vladimir Putin İsraillə sıx əlaqələr qurmuşdu.
ONN media xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Suriya üzrə Astana danışıqlarında Rusiyanın Türkiyə və İranla apardığı müzakirələr İsrailin xoşuna gəlməsə də, Putinin İsraillə əlaqələri qoruyurdu:
"Moskvaya tez-tez səfər edən siyasi liderlərdən biri də İsrailin Baş naziri Binyamin Netanyahudur. İndi Suriyada hadisə baş verib və İsrail ittihamları qəbul etmir, iddia edir ki, qırıcını Suriya Hərbi Hava Qüvvələrinin sistemləri vurub. Amma Rusiya bildirir ki, Suriya qüvvələri qırıcını İsrailin günahı ucbatından vurub. İsrail də cavab verir ki, lazım olarsa Suriya ərazilərini yenidən bombalayacaq, çünki oradakı İrana bağlı qüvvələr həmişə İsrailə problemlər yarada bilər.
Düşünürəm ki, bu halda da Rusiya İsrailin təyyarəsini vura bilər. Bu hal baş versə, İsrail-Rusiya gərginliyi müharibə həddinə gəlib çıxacaq. Bu isə hər iki ölkənin maraqlarına cavab vermir".
Elxan Şahinoğlu hesab edir ki, Rusiya gərginliyin pik həddə qalxmaması üçün məsələnin üstünü ört-basdır etməkdə çətinlik çəkir:
"Çünki 15 hərbçisi həlak olub və buna reaksiya vermək məcburiyyətindədir. Təsəvvür edin ki, Türkiyə rus qırıcısını vuranda 1 hərbçi öldü, amma Rusiya Türkiyəyə qarşı sərt reaksiya verdi. Buna görə də, İsrailə qarşı da səssiz qalmayacaq. Üstəgəl İsrail Rusiyadan üzr istəməyib. Buna görə də, Rusiya çalışacaq ki, Suriya səmasında İsrailin təyyarəsini vursun. Əks halda iki ölkə arasındakı münasibətlər daha da gərginləşəcək".
Politoloq qeyd edib ki, bu, təsadüfi hadisə olsa da, gözlənilən idi: "Çünki Rusiya Suriyaya hərbi müdaxilə etməklə vəziyyətini gərginləşdirdi. Türkiyə, ABŞ, İsrail, ərəb ölkələri ilə üz-üzə gəldi. Belə hadisələrin baş verəcəyi gözlənilən idi".
Qeyd edək ki, Rusiya Suriyada "IL-20" qırıcısının vurulmasına görə İsraili ittiham edir. Qarşı tərəf isə ittihamları qəbul etmir.
Bir neçə gün əvvəl baş vermiş hadisə rəsmi Moskva və Təl-Əviv arasında gərginliyə səbəb olub.



İsrail Suriyaya zərbə endirdi: ölənlər var
İsrail səfiri Rusiya XİN-ə çağırıldı
Putin elə bir addım atdı ki...
İsrail hərbi heyəti Moskvaya göndərir
Yunanıstan Rusiyanın sirrini İsrailə satdı
İsraillə Rusiyanın şok anlaşması: İranın mövqeləri vuruldu
Yaxın Şərqi qarışdıracaq iddia gəldi
Rusiya İsrail-Suriya sərhədini nəzarətə götürür
Rusiya və İsrail İrana qarşı birləşir
SON DƏQİQƏ: İsrail İran qüvvələrini BOMBALADI
İsraildən bu ölkəyə MÜHARİBƏ XƏBƏRDARLIĞI
İsrail başqa ölkənin prezidentini öldürməklə hədələdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 