ONN İnformasiya Agentliyi

Paşinyana qorxulu XƏBƏRDARLIQ

Paşinyana qorxulu XƏBƏRDARLIQ
3-10-2018, 18:04


3 oktyabr gecəsi parlamentin divarları qarşısında Baş nazir Nikol Paşinyanın onminlərlə tərəfdarının dayanması hadisəsi baş verməyə bilməzdi. Etirazların yenidən başlanması, sadəcə, zaman məsələsi idi. 105 millət vəkilindən bir hissəsinin birmənalı şəkildə Paşinyana tərəf olduğu Milli Məclisin buraxılması – onların hər birinə hakimiyyət rıçaqları qazandırmaq üçün zəruri şərtdir.

ONN media axar.az -a istinadən xəbər verir ki, bu fikirlər rusiyalı jurnalist Vladimir Solovyevin “Kommersant” nəşrində yayımlanmış yazısındandır.

Müəllif məqaləsində Ermənistanda son günlərdə baş verən hadisələrlə bağlı maraqlı fikirlər irəli sürüb:

“Maydakı “məxməri inqilab” əslində, inqilaba çevrilmədi. Meydanlardan hakimiyyətin rəhbəri kreslosuna əyləşən Nikol Paşinyan ordusuz bir generala çevrildi. Keçmiş baş nazir Serj Sərkisyanın Respublika Partiyası siyasi vəziyyətə təsir göstərmək imkanını özündə saxladı. Onlar 2 oktyabrda, bir növ, parlamentin buraxılmasını blok edən qanunun qəbul edilməsinə təşviq etməklə bu imkanlarından istifadə etdilər.

Qeyri-populyar və inzibati resurslarından məhrum edilmiş respublikaçılar haqlı olaraq növbədənkənar seçkilərdə parlamentə düşə bilməyəcəklərindən ehtiyat edirlər. Lakin özləri üçün bu xoşagəlməz senarinin qarşısının alınması və ya bir qədər gecikdirilməsi üçün seçdikləri məqam kifayət qədər uğursuz idi. Sentyabrda İrəvan parlamenti üçün keçirilən seçkilər bir daha göstərdi ki, Paşinyanın nüfuzu azalmır: Onun “Mənim addımım” bloku bütün rəqiblərini çox geridə buraxaraq, 81.05 faiz səs topladı. Nəticədə Ermənistan paytaxtının meri baş nazirin dəstəklədiyi yumor ustası Ayk Marutyan seçildi. Buna nail olmaq üçün Nikol Paşinyanın həmin namizədə tərəf çıxması kifayət etdi. Ermənistanın bugünkü reallığı belədir: insanlar dəyişiklik istəyirlər və bu dəyişikliklərlə adı hallanan yeganə insan Paşinyandır.

Nəticədə mübahisəli qanun layihəsinə səs verən Respublika Partiyası, onun “Daşnaksütyun” və Çiçəklənən Ermənistan partiyalarından olan müttəfiqləri parlamentin qarşısında toplaşan böyük bir kütləni və onların xoşagəlməz emosiyalarını qazandılar.

Küçələr Nikol Paşinyanın istedadlı tribunası üçün yeganə və hələ də etibarlı resurs olaraq qalır. Paşinyan özü də bu resursdan qələbə qazanana, daha doğrusu, bütün gücə tamamilə sahib olana qədər istifadə edəcəyini gizlətmir. Bu isə yalnız onun əlinin altında sadiq bir parlament olacağı halda baş verə bilər.

Beş aylıq baş nazirlik müddətində Nikol Paşinyan islahat adlandıra biləcəyimiz heç bir şey etməyib. Paşinyanın nazirlər və müşavirlərlə ayrılmasındakı rahatlıq onun komandasının hələ də formalaşmadığını göstərir. O, korrupsiya ilə mübarizə apardığını deyir. Lakin ayrı-ayrı keçmiş və hazırki məmurlar barəsində işlər qaldırılır. Onlardan bəzilərinin nə vaxtsa yüksək postlara sahib olmalarına baxmayaraq, bu mübarizə korrupsiya ilə deyil, korrupsiyaçılarladır (Onların günahını hələ sübut etmək lazımdır). Bunlar isə heç də eyni şey demək deyil.

Paşinyanın xarici siyasətdə buraxdığı səhvlər, hər şeydən əvvəl KTMT baş katibinin həbsi ətrafında qalmaqallı hadisə, onu Ermənistanın təhlükəsizliyinin və iqtisadiyyatının əhəmiyyətli hissəsinin asılı olduğu Moskvaya qarşı yönəldib. O, hər şeyi silməyə çalışdı. Hakimiyyəti çoxminlik kütlənin əlindən qəbul edən Paşinyan Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko kimi uzunömürlü prezidentlər üçün onlardan birinə çevrilə bilmədi. Bu şəxslər “k”, “ü”, “ç”, “ə” hərflərindən demək olar ki, həmişə “Qərb” sözünü düzəldirlər. Onların Qərbə münasibəti isə hər kəsə məlumdur.

Paşinyanın dəyişiklərlə bağlı ümid verdiyi “küçələr” ona avans verir, səhvlərini bağışlayır və qarşılığında heç bir şey istəmir.

İnqilabçı baş nazirin bunları xatırlaması vacibdir: insanların Paşinyanın çağırışı ilə küçələrə çıxmaqdan yorulacaqları, onun Feysbuk səhifəsi əvəzinə öz soyuducularına baxacaqları vaxt mütləq gələcək. Həmin an onların soyuducularında görəcəkləri isə Paşinyanın siyasi gələcəyini müəyyən edəcək”.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png