"Hansısa bəyanat veriləndə həmin şəxs nə dediyini düşünməlidir. İlk növbədə ortada sənədlər var. ATƏT-in Minsk qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, münaqişədə tərəf Ermənistan və Azərbaycandır və danışıqlar da bu iki dövlətin arasında gedir".
ONN media Publika -ya xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu cür bəyanatlar Nikol Paşinyan tərəfindən ilk dəfə səsləndirilmir: "O ki qaldı Dağlıq Qarabağ icmasına, onlar burada maraqlı tərəfdirlər. Əgər belədirsə, burada da Azərbaycan icmasının olduğu nəzərə alınmalıdır".
Qeyd edək ki, Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan parlamentin baş nazirin seçilməsi ilə bağlı keçirilən xüsusi iclasında çıxışı zamanı absurd fikirlərini davam etdirib. O qeyd edib ki, Dağlıq Qarabağ “hakimiyyəti” danışıqlar masasında iştirak etmədiyi müddətdə münaqişənin həlli uzaqdadır.



Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da... - Politoloq
Qarabağla bağlı danışıqlara hazırıq, təkliflər gözləyirik - Nikol
Ermənistanın niyyəti nədir?
Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək
Paşinyan Qarabağın Azərbaycana aid olduğunu ETİRAF ETDİ
XİN-dən Paşinyanın Berlin bəyanatlarına REAKSİYA
Paşinyan Qarabağ klanı ilə vuruşur - Açıqlama
Paşinyan baş nazir təyin edildi
Paşinyandan Qarabağ ilə bağlı İDDİA
ABŞ İlham Əliyevlə Paşinyanı Vaşinqtona dəvət etdi
Brayzadan Paşinyana ETİRAZ: Vasitəçi olsaydım...
Ermənistan tək və dəstəksizdir - Brayza
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 