"ABŞ-da yeni bir küçəyə ad verilməsi və ya mövcud bir küçənin adının dəyişdirilməsi ümumiyyətlə, yerli hökumət orqanlarının səlahiyyətlərinə aiddir və bunun mərkəzi hökumətə heç bir aidiyyatı yoxdur".
ONN media Musavat.com-a istinadla xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti bildirib. Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Azərbaycanın ərazi bütövülüyünə böyük hörmətsizlik nümayiş etdirilib. Həmin şəhərin "Merliend" adlı prospektinin adı dəyişdirilərək, ermənilərin Dağlıq Qarabağdakı oyuncaq "respublika"ya verdikləri ada uyğun olaraq "Arsax"adlandırılıb. Xatırladaq ki, bələdiyyə şurası bu qərarı separatçıların lideri Bako Saakyanın martın 12-də ABŞ-a səfərindən sonra vermişdi. Həmin vaxt Azərbaycan bununla bağlı ABŞ-a rəsmi nota da təqdim etmişdi.
Prospekt Uilson və Harvard küçələri arasında yerləşir. Artıq şəhər bələdiyyəsinin işçiləri prospektdəki bütün yol göstəricilərini yeni ada uyğunlaşdırıblar.
Bu günlərdə erməni mediasının bu xəbəri tirajlamasına həm də separatçılara "ithaf olunmuş" prospektdən görüntülərin yayılması bəhanə olub.
Ancaq Bakıdakı ABŞ səfirliyi bu məsələnin rəsmi Vaşinqtonun mövqeyini əks etdirmədiyini bildirdi. Səflirliyin açıqlamasında daha sonra deyilir: "Bu səviyyədə qəbul edilən hər hansı bir qərar Birləşmiş Ştatların Dağlıq Qarabağın statusunu və ya münaqişənin sülh yolu ilə həll edilməsi üçün davam edən səyləri ilə bağlı mövqeyini dəyişmir. ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ Helsinki Yekun Aktının əsas prinsiplərinə, o cümlədən gücün tətbiq edilməməsi, güclə təhdid edilməməsi, ərazi bütövlüyü bərabər hüquq və xalqların öz müqəddəratını təyin etməsinə əsaslanaraq, münaqişənin sülh yolu ilə həll edilməsinə sadiq qalıb".



Rusiya səfirlikləri yerləşən küçələrin adı dəyişdirildi
ABŞ səfirliyinin yerləşdiyi küçə "Zeytun budağı" adlandırılacaq
Tahir İmanov merlə görüşdü
Polad Həşimovun adının verildiyi küçə əvvəl Həzi Aslanovun adına olmayıb - RƏSMİ
Küçələri boş qalan Xankəndi - VİDEO
Prezident göstəriş verdi: bu küçə onun adını daşıyacaq
Bakı sakinlərinə XƏBƏRDARLIQ: Sabah küçəyə çıxmayın!
Tahir İmanovun prezidentdən xahişi reallaşdı
Kanadada küçəyə Zelenskinin adı verilə bilər
Bakı əhalisinə MÜHÜM XƏBƏRDARLIQ: Sabah küçəyə çıxmayın!
Bakı əhalisinə XƏBƏRDARLIQ: Sabah küçəyə çıxamyın!
Bu gün küçəyə çıxmayın - XƏBƏRDARLIQ
Günün qoroskopu: Sükan arxasında diqqətli olun
MN təstiqlədi- ÖZ QIRICIMIZDIR
Cəbrayılda mina partladı
DİQQƏT- Qəbul ləğv edildi
Pensiya alanların NƏZƏRİNƏ
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ 