ONN İnformasiya Agentliyi

Kanadada küçəyə Zelenskinin adı verilə bilər

Kanadada küçəyə Zelenskinin adı verilə bilər
2-03-2022, 10:42

Kanadada küçəyə Vladimir Zelenskinin adının verilməsi təklif olunur.

ONN media  xəbər verir ki, bu təkliflə kanadalı deputat Çarli Anqus çıxış edib.

O bildirib ki, Rusiya səfirliyinin yerləşdiyi küçə Ukrayna Prezidenti Vladimir Zelenskinin şərəfinə adlandırıla bilər.

“Budur, sadə bir təklif. Rusiyanın Kanadadakı səfirliyi Ottavanın Şarlotta küçəsində yerləşir. Biz niyə onun adını Zelenski küçəsi qoymuruq? Çünki Vladimir Zelenski Rusiyanın dünya ilə münasibətlərini dəyişdi”, - deputat qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png