Rusiya Avropa Şurasının büdcəsinə ödənişi 2019-cu ilin ortalarınadək bərpa etməsə, qurumun nizamnamə orqanlarına üzv dövlətlərin siyahısından çıxarıla bilər.
ONN media Musavat.com-a istinadla xəbər verir ki, xarici KİV-ə istinadən bildirir ki, bunu Avropa Şurasının baş katibi Torbyorn Yaqland deyib.
O qeyd edib ki, üzvlük haqlarının iki il ərzində ödənilməməsi sanksiyaların tətbiqi üçün əsasdır.
Konkret olaraq Rusiyanın Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyəti dayandırıla bilər.
Qeyd edək ki, Rusiya Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Türkiyə ilə yanaşı Avropa Şurası büdcəsinə ən çox vəsait ödəyən əsas ödəyicidir. Donbas və Krımda baş verən hadisələrlə əlaqədar olaraq 2014-cü ilin aprelində Rusiya Federasiyasının bu təşkilatdakı nümayəndə heyəti əsas səlahiyyətlərdən məhrum edilib. Rusiya səsvermə hüququ ilə yanaşı Assambleyanın rəhbər orqanlarının və onun monitorinq missiyasının da işində iştirakdan məhrum edilib.
Rusiya da özünün deputatlardan ibarət nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının işində iştirak etməməsi səbəbindən, Avropa Şurasının büdcəsinə üçüncü ödənişi etməyi dayandırıb. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu barədə danışarkən bildirib ki, söhbət 11 milyon avroya yaxın vəsaitdən gedir: "Orada söhbət mərhələli maliyyələşmədən gedir və ilin sonunda ödənilən üçüncü ödəniş edilməyəcək, vəssalam!".



Avropa Şurasından Rusiyaya XƏBƏRDARLIQ
Yaqland: Rusiya olmadan Avropa silkələnəcək
Avropa Şurasının yeni baş katibi seçildi
Rusiya Aİ-nin 18 diplomatını ölkədən çıxardı
Rusiya XİN onları “qara siyahı”ya salıb
XİN-dən ermənilərə CAVAB: "Dəfələrlə..."
Məryəm Qafarzadəyə vəzifə verildi
Səməd Seyidova YENİ VƏZİFƏ verildi
Rusiya AB-yə meydan oxuyur - İsveç
Rusiya Avropa Birliyinə qarşı sanksiyaları artırdı
Avropa İttifaqı Rusiyaya qarşı qərar qəbul etdi
Azərbaycanlı Avropa Şurasında prezident seçildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 