Türkmənistanda tütün məhsullarının satışının sərt şəkildə məhdudlaşdırılmasından sonra ölkə əhalisinin siqaret çəkən hissəsinin əksəriyyəti bütov qutu siqaret almaq imkanından məhrum olub. Çünki qara bazarda siqaretin bir qutusunun qiyməti 70 türkmən manatına qalxıb. Bu, rəsmi məzənnə ilə təqribən 20 dollar və ya 34 Azərbaycan manatı deməkdir.
ONN media virtualaz.org -a istinadən xəbər verir ki, artıq iki aydır dövlət mağazalarında siqaret satılmır. Çünki Prezident Qurbanqulu Berdiməhəmmədov siqaret satışına qadağa qoyub. Siqareti ancaq özəl ticarət nöqtələrindən və alverçilərdən almaq olar, qiyməti isə dövlət qiymətindən az qala 3 dəfə baha...
Beləliklə, dövlət mağazasında qutusu 25 manata olan siqareti özəl ticarət köşklərindən 70 manata almaq olar. Belə ticarət nöqtələrinin sahibləri dövlət mağazalarının direktorları ilə sövdələşirlər və onlardan siqaretin qutusunu 30-35 manatdan alırlar. Əlbətdə ki, arxa qapıdan və anbarlardan.
Qara bazar qiymətləri ilə siqaretin bir ədədi çəkənlərə 3.5 manata başa gəlir. Nəticədə siqaret çəkənlər alverçilərdən siqareti ədədlə almağa məcbur olurlar.
Türkmənistanın dövlət mağazalarında tütün məhsullarının satışı avqustun sonlarında dayandırılıb. Ölkə əhalisi hesab edirdi ki, siqaretlər piştaxtalara Xalq Məsləhətinin sentyabrın 25-də keçirilən iclasından sonra qayıdacaq. Ancaq bu baş verməyib. "Türkmənistan xronikası” xəbər verir ki, hakimiyyət ölkəyə İrandan siqaret gətirilməsi kanalını bağlayıb. Siqaretləri Aşqabad aerportunda da müsadirə edirlər, hərçənd əvvəllər adambaşına iki qutu keçirməyə icazə verirdilər.



Siqaret bahalaşdı
Siqaretin qiymətində artım olacaq?
Siqaretlər nə qədər bahalaşdı?
Siqaretin qiyməti ilə bağlı YENİ XƏBƏR: Sabahdan ...
Siqaretin qiyməti ilə bağlı MÜHÜM QƏRAR
Azərbaycanda siqaret bahalaşdı
Ölkədə siqaret və içki bahalaşdı
PİS XƏBƏR- Siqaretin qiyməti bahalaşdı
Azərbaycanda bu məhsullar bahalaşacaq
Bu qidalar siqareti tərgitməyə kömək edir
Siqaret 40% bahalaşacaq
Azərbaycanda bu siqaret bahalaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 