Rusiyanın Suriyaya çatdırdığı “S-300” zenit-raket komplekslərinin idarə edilməsi İran mütəxəssislərinə tapşırılacaq.
ONN media Publika-ya istinadla xəbər verir ki, “DEBKAfile” saytına Amerika və İsrail kəşfiyyat xidmətləri ilə bağlı mənbə bildirib.
Hərbi kəşfiyyat sahəsində ixtisaslaşan İsrail resursu qeyd edir ki, Rusiya tərəfi hava hücumuna qarşı müdafiə sistemlərinin idarə edilməsini məhz İran mütəxəssislərinə etibar etməyi planlaşdıraraq, Suriyaya komplekslərin “S-300PMU-2” modifikasiyasını çatdırıb. Həmin modifikasiyadan olan komplekslər məhz 2016-cı ildə İrana çatdırılıb.
“DEBKAfile” saytının yazdığına görə, hazırda Suriyaya İran operatorlarının göndərməsi həyata keçirilir. Sayt qeyd edir ki, Rusiya öz planlarını gizlətməyi üstün tutur. Qeyd edilir ki, komplekslərin idarə edilməsinin İrana həvalə edilməsi ABŞ və İsrailin mümkün zərbələrindən yayınmaq məqsədi ilə izah edilir.
“DEBKAfile” yazır ki, ABŞ və İsrail Rusiyanın belə qərarından təşvişə düşüb, çünki bunun müsbət və mənfi aspektlər var. Bir tərəfdən, Amerika və İsrail hərbçiləri Suriya Hava Hücumundan Müdafiəsi sisteminə hücum edəcəyi halda, Rusiya mütəxəssislərinin məhv olma riskini düşünməyəcəklər. Digər tərəfdən, “S-300”-lərin idarəsinin ABŞ və İsrailin ən güclü düşmənlərindən biri olan İrana verilməsi onun mövqelərini əhəmiyyətli dərəcədə möhkəmlədəcək.
Xatırladaq ki, Rusiya “S-300” zenit-raket sisteminin çatdırılması çərçivəsində Suriyaya texnikanın 49 vahidini çatdırıb. Bu haqda ötən gün Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə müdafiə naziri Sergey Şoyqu bildirib. Müdafiə Nazirliyinin başçısı bildirib ki, Suriya mütəxəssislərinin hazırlanması üçün üç ay tələb ediləcək.
Qeyd edək ki, “S-300” zenit-raket sisteminin Suriyaya çatdırılması haqqında qərar Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsinin vurulmasından sonra verilib
Bu günlərdə ABŞ-ın “National Interest” nəşri yazıb ki, 3F Bloku” (Block 3F) proqram təminatı olmadan belə, İsraildə “F-35” beşinci-nəsil qırıcıları ilə “S-300” zenit-raket sistemlərinə zərbənin endirilməsinə böyük imkanlar var. Təl-Əviv elan edib ki, “F-35” 2017-ci ilin dekabrından tam döyüş hazırlığındadır.



İsrail İrana XƏBƏRDARLIQ ETDİ
Putin elə bir addım atdı ki...
İsrailin BÖYÜK QORXUSU- Bu tarixdən...
Rusiya İsrailin 13 raketini vurdu
Putinə elə birşey təqdim olundu ki...- ŞOK
İsraildən Kremlə cavab: “Suriyaya girəcəyik”
ABŞ-dan Rusiyaya ŞOK- "Əvvəlki taktikamız qayıdacaq"
İran İsrailə 500 dən çox raket atıb
Rusiya və İsrail İrana qarşı birləşir
İsrailin İrana hücumunun Rusiyaya təsiri
İsrail Suriyaya zərbə endirdi: ölənlər var
Netanyahu - İran Suriyaya çox təhlükəli silahlar göndərəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 