Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının komandiri, general-mayor Tiqran Parvanyan erməni jurnalistlərin “Azərbaycan Qarabağda hərbi əməliyyata başlayarsa, o zaman vahid qruplaşma bizə kömək edəcəkmi” sualı qarşısında çaşıb.
ONN media Publika-ya istinadla xəbər verir ki, erməni general “Biz rəqibimizin kim olduğunu bilirik, lakin hadisələrin necə inkişaf edəcəyini bilmirik. Mən yalnız deyə bilərəm ki, Allah eləməsin, lazım olacaqsa, vahid qoşun qruplaşması öz vəzifəsini yerinə yetirəcək” deyə bildirib.
Erməni şərhçi Tevos Arşakyan isə yazır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi vahid qoşun qruplaşmasının da vəzifəsi Qarabağda baş verə biləcək hər hansı müharibəyə qarışmamaqdır: “Hərçənd, vahid qoşun qruplaşması yaradılanda bizi inandırmağa çalışırdılar ki, qruplaşmanın nizamnaməsində buraxılan boşluqlar Qarabağda müharibə zamanı Ermənistana kömək etməyə hesablanıb. Biz buna inanmırdıq, lakin indi buna tamamilə əmin olduq. Erməni general bununla bağlı suala açıq şəkildə cavab verə bilmirsə, bu, o deməkdir ki, Qarabağ müharibəsində tək qalacağıq”.
Arşakyan qeyd edir ki, burada günahkar Ermənistanın keçmiş hərbi-siyasi rəhbərliyidir.
“Onlar bilirdilər ki, bu qruplaşma Qarabağ müharibəsində Ermənistana kömək etməyəcək, əksinə, erməni əsgərlərin bu qruplaşmada olması bizim ordumuzun canlı qüvvəsinin azalması deməkdir. Lakin onlar Kremldəki sahiblərinin qarşısında razılaşdılar. Hər kəs yaxşı bilir ki, hərbi addımlar zamanı vahid qruplaşmanın komandanlığı avtomatik olaraq Rusiyaya keçir. Bu, nizamnamədə də var. Qarabağda hərbi eskalasiya zamanı isə ruslar kənarda dayanacaqlar”, - deyə o bildirib.
Erməni şərhçi iddia edir ki, Rusiya Ermənistanı Qarabağı müdafiə etmək gücündən məhrum edir: “Çünki bu qruplaşma Rusiyanın İrana, Türkiyə, yaxud Gürcüstana qarşı gələcək planlarına hesablanaraq yaradılıb. Halbuki, qruplaşmanın tərkibində erməni hərbi birləşmələri var və erməni əsgərlər Qarabağ müharibəsində iştirak edə bilməyəcəklər. Bu, onu göstərir ki, Qarabağda müharibə olacaqsa, Ermənistanın döyüşmək gücü də azalır”.



Vahid Ələkbərov “Lukoyl”un rəhbərliyindən getdi
Ermənilər Qarabağda hücum planlaşdırır?- ŞOK İDDİA
Ermənistan ordusunun generalı vəzifəsindən azad edildi
ABŞ Suriyaya qoşun göndərir?
Rusiya Qarabağa niyə qoşun yeritmədi? - RƏSMİ AÇIQLAMA
Vahid Ələkbərov ordenə layiq görüldü
General-mayor İŞDƏN ÇIXARILDI
Britaniya ELAN ETDİ: Rusiya Ukraynaya hücum etsə...
Rəsmən elan edildi- İRAN QOŞUN GÖNDƏRİR
ABŞ Azərbaycanın müharibə taktikası ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ: Çin və Rusiya...
Bakı sərhəddə qoşun yığır- NƏ BAŞ VERİR?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 