ABŞ hərbçilərini Suriyadan təhlükəsiz şəkildə çıxarmaq üçün bu ölkəyə əlavə qoşun kontingenti göndərib. ONN media xəbər verir ki, Suriyaya göndərilən əlavə hərbçilərin hansı qoşun növünə aid olduğu məlum deyil. Amerika KİV-ləri ehtimal edir ki, ola bilsin, burada söhbət piyadalardan gedir. Onlar ABŞ Silahlı Qüvvələrinin şəxsi heyətinin və texnikasının Suriyadan çıxarılması zamanı hərbi obyektlərin mühafizəsini təmin edəcək. Pentaqon hazırda Suriya ərazisində qalan amerikalı hərbçilərin sayını təhlükəsizlik nöqteyi-nəzərindən açıqlamır. Xatırladaq ki, dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə göstəriş verib. O, İŞİD qruplaşmasının məğlub edildiyini və qoşunların Suriyada mövcudluğunun yeganə səbəbinin məhz bu olduğunu bildirib. ABŞ rəsmilərinin sözlərinə görə, sayı 2 minə yaxın olan amerikalı hərbçilərin ölkədən çıxarılmasına 60-100 gün vaxt lazım gələcək. Yanvarın 16-da Suriyanın şimalında yerləşən və kürd silahlılarının nəzarətində olan Münbiç şəhərində törədilmiş güclü partlayış nəticəsində 27 nəfər, o cümlədən 4 amerikalı hərbçi həlak olub. Partlayışın məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb. (Axar.az)
ABŞ Suriyaya qoşun göndərir?



Türkiyə ABŞ-ın qərarını alqışladı
ABŞ Suriyanı tərk edir - Hərbi texnikanın çıxarılmasına başlanıldı
Trampın Suriya qərarı qətidir- AÇIQLAMA
"İraq Suriyaya hərbçi göndərə bilər"- İraqın baş naziri
Türkiyə Suriyaya qoşun göndərir
ABŞ Suriyadan çıxmayacaq
Tramp Suriya kürdlərinə zəmanət verdi
Trampdan növbəti Suriya açıqlaması
Bakı əhalisinin son sayı AÇIQLANDI
ABŞ-dan Suriya qərarı
İsraildən Kremlə cavab: “Suriyaya girəcəyik”
ABŞ hərbçiləri Suriyanı nə vaxt tərk edəcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 