Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan və sonradan qətli Ər-Riyad tərəfindən etiraf edilən səudiyyəli jurnalist Camal Qaşıqçı məsələsi dünya siyasətinin bir nömrəli mövzusu qalmaqda davam edir.
ONN media “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, Qaşıqçı mövzusunun müzakirəsi üçün Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Hespel bu gün Türkiyəyə gəlib.
ABŞ prezidenti Donald Tramp tərəfindən göndərilən Hespel Qaşıqçının istintaqı üzərində çalışacaq.
62 yaşlı qadının dövlət katibi Maykl Pompeoya ən yaxın adam olduğu deyilir. Hespel MKİ-nin vitse-prezidenti təyin edilmədən əvvəl qurumun Tailanddakı həbsxanasına rəhbərlik edib. Onun adı həmçinin 2002-ci ildə Tailandda "Əl-Qaidə" terrorçularına qarşı su (waterboarding) işgəncəsinin tətbiq edildiyi təsisi idarə etməsi ilə xatırlanır.
Haspel terrorla mübarizə sahəsində bir çox mükafatlara sahibdir. Kəşfiyyat məlumatlarının toplanması, məlumatların analizi, gizli əməliyyatlar, əks-kəşfiyyat və xarici xidmətlərlə bağlı əməliyyatlarda əvəzolunmaz bir agent olduğu iddia edilir.
Dünya isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünkü çıxışına kilidlənib. Türkiyə lideri bu gün Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında Camal Qaşıqçının qətli ilə bağlı hər şeyi danışacağını deyib.
“Burada ədalət axtarırıq. 15 nəfər buraya niyə gəldi, 18 nəfər niyə həbs olundu? Bunlar bütün detalları ilə açıqlanmalıdır. Çərşənbə axşamı daha fərqli şəkildə qrup toplantısında danışacağam. Orada bunların detallarını açıqlayacağam”, - Ərdoğan bazar günü vurğulamışdı.
“Əl-Cəzirə”dən Zeyna Khodr gözləntilərin yüksək olduğunu və Ərdoğanın çıxışının səudiyyəli jurnalistin qətli məsələsində dönüş nöqtəsi olacağını söyləyib.



ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni qadın rəhbəri kimdir?
"Birdə belə bir hal yaşanmayacaq"- Səudiyyəli nazir
Ərdoğandan SƏRT SÖZLƏR- "SÜBUT ETMƏLİSİNİZ"
ABŞ-dan Qaşıqçını öldürən konsulla bağlı - QƏRAR
Bütün dünya bu 20 nəfəri axtaracaq
Qaşıqçı cinayəti ilə bağlı YEKUN RƏY - Hesabat açıqlandı
Qaşıqçı cinayətində SON XƏBƏR: Türkiyəyə rədd cavabı verildi
Onu ortaya çıxaracağıq- Ərdoğan tarixi AÇIQLADI
Qaşıqçı ilə bağlı ŞOK FAKT- Sən demə ona qarşı sui-qəsd...
Konqres istədiyi qərarı verə bilər - Tramp
Səudiyyə Qaşıqçının cəsədini Türkiyədən niyə gizlədir?
Ərdoğandan ŞOK AÇIQLAMA: Qaşıqçının cinayət əmrini...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 