Türkiyəyə səfər edən Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muacib türk həmkarlarına İstanbulda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının cəsədinin harada olduğunu bildirməkdən imtina edib.
ONN media xəbər verir ki, bu haqda “Hürriyət” qəzeti hökumətdəki mənbələrə istinadən bildirib.
Səud al-Muacib Türkiyəyə bazar günü gəlib. O, Qaşıqçının qətlinin araşdırılması çərçivəsində İstanbulun Baş prokuroru İrfan Fidanla iki dəfə danışıqlar aparıb, daha sonra Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna baxış keçirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Qaşıqçının cəsədinin yeri və qatillərə kömək edən yerli sakin haqqında Səudiyyə Ərəbistanının hakimiyyətinə suallar ünvanlamışdı. Qəzetin mənbəyinin məlumatına görə, al-Muacib yalnız cəsədin yeri haqqında informasiya verməkdən imtina etməyib, həm də cinayətin izlərinin gizlədilməsində Səudiyyə Ərəbistanından gələn 18 nəfərlik qrupa kömək göstərən Türkiyə vətəndaşının adını verməkdən imtina edib.
“Səudiyyə prokuroru Qaşıqçının bədəninin yeri haqqında informasiyanı türk həmkarlarından niyə gizlətdi? Çünki o, mümkündür ki, Türkiyəyə qətl haqqında işi açmaq üçün deyil, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı xilas etmək üçün gəlib”, - qəzet yazıb.
Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanının Baş prokuroru İstanbulda türk tərəfindən israrla Qaşıqçının telefonunu istəyib, lakin rədd cavabı alıb. Bu istək Türkiyə tərəfində ciddi narahatlıq yaradıb.
Qeyd edək ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı “Vaşinqton Post” qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb. Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb.



"Birdə belə bir hal yaşanmayacaq"- Səudiyyəli nazir
Onu ortaya çıxaracağıq- Ərdoğan tarixi AÇIQLADI
Qaşıqçı boğularaq öldürüldü, sonra hissələrə bölündü və… - Rəsmən AÇIQLANDI
Qaşıqçı cinayəti ilə bağlı YEKUN RƏY - Hesabat açıqlandı
Türkiyə Qaşıqçının qətlinin sübutlarını təqdim edəcək
Qaşıqçı qətlinin təfərrüatları açıqlandı
Tramp DƏHŞƏT SAÇIR- "Məhv edəcəm"
Ərdoğandan ŞOK AÇIQLAMA: Qaşıqçının cinayət əmrini...
Ərdoğan Ərəbistana gedir
Avropa İttifaqı Səudiyyə Ərəbistanını TƏHDİD ETDİ
Camal Qaşıqçının son nəfəsdə dediyi sözlər- "Mən boğuluram"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 