Yaponiya hökuməti Rusiya ilə ərazi məsələsinin həlli əsasında sülh müqaviləsi bağlamaq niyyətindədir.
ONN media xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Sindzo Abe bəyan edib.
Baş nazir qeyd edib ki, Rusiya ilə münasibətlər qeyri-normal vəziyyətdədir: "Ölkələr arasında 70 ildən çoxdur ki sülh müqaviləsi bağlanmayıb".
Onun sözlərinə görə, bununla belə, 2016-cı ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin Yaponiyaya səfəri nəticəsində əldə olunmuş razılaşmalar icra olunur:
"Adaların köhnə sakinləri artıq ikinci ildir ki, təyyarə ilə gələrək ata-babalarının məzarlarını ziyarət edirlər. Vladimir Putinlə etimada əsaslanan münasibətlər ərazi məsələsini həll etməyə və Rusiya ilə sülh müqaviləsi imzalamağa imkan verir. Biz ikitərəfli münasibətlərdə yeni era açırıq".
Qeyd edək ki, sentyabrın 12-də Şərqi İqtisadi Forum çərçivəsində Rusiya Prezidenti V.Putin Yaponiyanın Baş naziri S.Abeyə sülh müqaviləsi bağlamağı təklif etmişdi: "Gəlin, sülh müqaviləsi bağlayaq, lakin indi yox, ilin sonunadək və heç bir ilkin şərt irəli sürmədən. Düşünürəm ki, bu, bizim üçün 70 ildir öhdəsindən gələ bilmədiyimiz problemlərin həllini asanlaşdıracaq".
Lakin Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirmişdi ki, ərazi mübahisəsi həll olunanadək Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamayacaq: "Yaponiya Kuril arxipelaqının cənub adalarının qaytarılması üzrə danışıqları davam etdirməyə çalışacaq və yalnız bundan sonra sülh sazişi imzalana bilər".



Putin təklif etdi: "Sülh müqaviləsi bağlayaq"
Yaponiya və Rusiya arasında TARİXİ RAZILAŞMA
Yaponiya Rusiya ilə razılığa gəlmək niyyətindədir
SON DƏQİQƏ: Paşinyan açıqladı- Sülh müqaviləsi imzalamağa hazırıq
Sülh müqaviləsi müzakirə edilir? – Detallar məlum oldu
Putin-Zelenski görüşü yaxın həftələrdə baş tuta bilər
Yaponiyadan Rusiya açıqlamadı- MƏHV OLUB!
Ermənistanla sülh müqaviləsinin imzalanması... - Kalın
Peskov: "Rusiya və Türkiyə nəhəng oyunçulardır"
Bu gün Əliyev, Putin və Paşinyan arasında görüş keçiriləcək
Bayramovdan sülh açıqlaması
Putinlə Ruhani arasında Qarabağ müzakirəsi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 