Rusiyanın “Kommersant” nəşri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən yazıb.
ONN media Publika-ya istinadla xəbər verir ki, nəşr münaqişənin nizama salınmasında irəliləyişin olmamasına baxmayaraq, regiona gələn vasitəçilərin prosesi ölü nöqtədən tərpətmək cəhdləri etmədiyini qeyd edir.
“ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Cənubi Qafqaza işçi səfər edirlər. Onlar artıq İrəvanda oldu, ardınca Xankəndinə (Azərbaycanın işğal olunmuş əraziləri - red.) getdilər. Növbəti ünvan Bakıdır. Həmsədr ölkələr - Rusiya, Fransa və ABŞ bu ilin mayında Ermənistanda hakimiyyət dəyişməsindən sonra Qarabağ danışıqlarının aktivləşdirilməsi çağırışını etdilər. Həmsədrlərin regiona səfəri İrəvanın qondarma Dağlıq Qarabağ Respublikasının danışıqlarda iştirakı haqqında inadlı çağırışları fonunda baş verir. Bakıda bu təklifi qəbuledilməz hesab edirlər. Qarabağ danışıqlarında irəliləyişin olmamasına baxmayaraq, regiona səfər edən beynəlxalq vasitəçilər prosesi ölü nöqtədən tərpətmək üçün heç bir cəhd göstərmir. Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfərindən sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvaya gəldi. Moskvadan dərhal sonra isə Cənubi Qafqaz turnesinə çıxdı. Bolton İrəvanda gözlənilməz fərziyə irəli sürdü: Nikol Paşinyanın hökumət başçısı olmasından sonra Bakı ilə danışıqlarda qətiyyətli addımlar atılacaq. Daha əvvəl oxşar açıqlamanı diplomatik missiyasını başa vuran ABŞ-ın İrəvandakı səfiri Riçard Mills vermişdi. Paşinyan Boltonun fərziyyəsini dəstəkləmədi və qeyd etdi ki, “Con Bolton öz adından danışır. Nə Bolton, nə də başqa birisi mənim adımdan danışa bilməz”. Əlavə etdi ki, “Ermənistan və “Arsax (Qarabağ) xalqı” üçün münasib olmayan heç bir qərar qəbul edilə bilər”. Paşinyan Qarabağla bağlı “böyük Ermənistan” xülyasının əyalətini xatırladan addan istifadə etməklə nümayiş etdirdi ki, münaqişə ilə bağlı sələflərindən daha sərt mövqeyə malikdir”, - deyə nəşr yazır.
“Kommersant” iddia edir ki, Ermənistan rəhbərliyinin sərt bəyanatı və Vaşinqtonla İrəvan arasında anlaşılmazlığı nəzərə alan Minsk qrupunun həmsədrləri Boltondan sonra erməni paytaxtına gəlməklə heç olmasa münaqişənin nizama salınmasında irəliləyiş görüntüsü yaratmaq üçün “yanğınsöndürən” rolunu oynamağa məcbur oldu.
Avropa İttifaqının İrəvandakı səfiri Pyotr Svitalskiy amerikalı həmkarlarının son fikirlərini şərh edərək, erməni tərəfini inandırmağa çalışdı ki, “Qarabağ məsələsinin həllinin sürətləndirilməsi üçün İrəvana heç bir xarici təzyiq olmayacaq”.
Həmsədrlər Xankəndində qondarma rejimin rəhbəri Bako Saakyanla görüşdü. Separatçılar da həmsədrlərə danışıqlar masasında iştirak etmək istədikləri bildirdilər.
Minsk qrupu İrəvanın danışıqların formatını dəyişdirməklə bağlı təklifinə heç bir rəsmi reaksiya vermədi.
“Sivilizasiyaların Dialoqu” İnstitutunda elmi araşdırmalar rəhbəri Aleksey Malaşenko nəşrə açıqlamasında bildirib ki, Minsk qrupunun yeni səfəri beynəlxalq mexanizmin boş yerə işlədiyini növbəti dəfə göstərdi.
“Paşinyan anlayır ki, Bakı ilə İrəvan arasınmda real dialoq olmayacaq. Ona görə də tələblərini şüurlu şəkildə daha da yüksəldərək, heç olmasa ölkə daxilində öz mövqelərini gücləndirməyə çalışır”, - deyə rusiyalı ekspert vurğulayıb.



Həmsədrlərin regiona səfər tarixi bəlli oldu
"Qış yuxusu"nda ayılan Makrondan Qarabağ açıqlaması
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin...
Həmsədrlər işğal altında olan Dağlıq Qarabağa səfər etdilər
Türkiyə: “Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot edin!”
Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub"
Həmsədrlər fevralın 3-də Azərbaycana səfər edəcəklər
Makron Dağlıq Qarabağa gedəcək - VAXTI AÇIQLADI
ABŞ Dövlət Departamenti Ermənistanı işğalçı adlandırdı
Sabah Bakı və İrəvan arasında Qarabağ görüşü keçiriləcək
Ərdoğandan iki mühüm Qarabağ mesajı
Lavrovdan QARABAĞ AÇIQLAMASI: "İlk cəhdən olmasa da..."
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 