Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın İran ətrafında baş verənlər barədə dedikləri işğalçı ölkədə təşviş doğurub. Respublika partiyasından olan deputat Armen Aşotyan özünün feysbuk səhifəsində yazıb ki, Paşinyanın Ermənistan-İran sərhədinin de-fakto bağlanmasının mümkünlüyü barədə dedikləri qəbulolunmazdır və təhlükəlidir.
“Geopolitik inkişafa baxmayaraq və hətta ən gərgin situasiyalarda bu sərhəd həmişə açıq olub. Xatırlamaq lazımdır, 90-cı illərdə bu sərhəd döyüşən və blokadada olan Ermənistan üçün “həyat yolu” idi”-deyə, Aşotyan bildirib. O əlavə edib ki, ABŞ və ya başqa ölkəyə görə Ermənistanın xarici siyasətinin prioritetlərini müəyyənləşdirmək qəbulolunmazdır. Deputat bildirib ki, ABŞ və İran arasındakı mümkün hərbi qarşıdurma region üçün fəlakətlər vəd edir.
“İranla sərhədin bağlanması bizi xilas edə bilməz, cənablar”-Aşotyan əlavə edib.
A.Aşotyan ekstremal situasiyalara hazır olub-olmamaqla bağlı sual edib, ardınca daha uzağa gedərək həyasızcasına Dağlıq Qarabağ separatçılarının taleyinə diqqət çəkməyə çalışıb.
Biz həm də olduqca vacib faktı – Artsax (Dağlıq Qarabağ-red.) və İran sərhədini unutmamalıyıq, hansı ki, Ermənistanla sərhəddən üç dəfə uzundur. Bəs, siz bu haqda düşünmüsünüzmü? Artsax hökuməti ilə (?-red.) mümkün ssenarilərlə bağlı birgə fəaliyyəti müzakirə etmisinizmi? Yüksək səslə bəyanat verəndən sonra çoxsaylı suallarla üzləşməyə hazır olun”.
Qeyd edək ki, Ermənistan parlamentinin 1 noyabr tarixli iclasında N.Paşinyan Ermənistan-İran sərhədi barədə bəyanat verib. O deyib ki, ABŞ və İran arasındakı gərginliyə və geopolitik situasiyaya görə Ermənistan-İran sərhədi hər an de-fakto bağlana bilər.
Xatırladaq ki, ABŞ rəsmisi Con Boltonun Ermənistan səfərindən sonra işğalçı ölkədə ciddi narahatlıqlar baş qaldırıb. Hələ Levon Ter-Petrosyanın Ermənistan üçün “nəfəslik” adlandırdığı Ermənistan-İran sərhədinin-Mehri dəhlizinin bağlanması işğalçı ölkənin intiharı demək olar. Musavat.com



Sarkisyanın növbəti hədəfi kimdir?
Paşinyandan SOS: İran və Gürcüstanla istənilən an...
İrəvanda vəziyyət çətinləşir- Növbəti hədəf isə...
İranlılar Ermənistana getməkdən niyə imtina edir?
İran və Ermənistan birgə təlim keçirəcək?
Sarkisyan Ermənistan baş nazirliyinə namizəd irəli sürüldü
Sərkisyan partiyasını təcili topladı- NƏ BAŞ VERİR?
İran-Azərbaycan sərhədi tamamilə nəzarətimizdədir - Hacıyev
İrandan Ermənistana XƏBƏRDARLIQ
Paşinyan və Rəisi arasında memarandum imzalanacaq
Paşinyandan SAXTAKARLIQ: Partiyası İran vətəndaşını...
Paşinyan İrana getməyə niyə qorxdu?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 