ABŞ İrana qarşı sanksiyaların ikinci mərhələsinə bu gün start verdi. Lakin Avropa İttifaqı ölkələri, Rusiya, Çin və Hindistanın sanksiyalara əməl etməyəcəklərini açıq şəkildə bildirməsi Vaşinqtonu çətin vəziyyətə salıb.
ONN media xəbər verir ki, bütün dünya hazırda İrana qarşı sanksiyaları və bunun nəticələrini müzakirə edir.
Analitiklər Vaşinqtonun məqsədinin İran neftinin ixracını məhdudlaşdırmaq və bu ölkədə iqtisadi böhran yaradaraq, hakimiyyətə qarşı narazılığı körükləmək olduğunu düşünürlər.
ABŞ Dövlət Departamentindən mətbuata sızan məlumatlara görə sanksiyalar belə tətbiq ediləcək:
- İrandan neft alan ölkələr bunu məhdudlaşıracaq;
- Bundan sonra alınacaq neftin miqdarı əvvəlki ilə müqayisədə azaldılacaq;
- İrana nağd pul ödənməyəcək. Alınacaq neftin ödənişi İranın humanitar ehtiyacları olan dərman və qida ilə həyata keçiriləcək;
- Digər ölkələr ABŞ-ın İrana qarşı digər sanksiyalarına da əməl edəcək.
ABŞ sanksiyaların ikinci mərhələsi başlayan kimi dünya ölkələri buna qarşı çıxdı. Rusiya və Çin İrandan neft almağa davam edəcəklərini bəyan etdilər. İngiltərə və Hindistan da sanksiyalara əməl etməyəcəklərini bildirdilər.
Avropa İttifaqı İran məsələsində ABŞ-ın dediyini etməmək üçün qanun qəbul edib. Bu qanuna görə, Avropa şirkətlərinin İrana qarşı sanksiyalardan zərər görməməsinin qarşısını almaq üçün lazımı addımlar atılacaq. Hətta Avropa İttifaqı İranla ticarəti davam etdirmək üçün yeni ödəmə sistemi hazırlayıb. Bu sistem hələlik tam istifadəyə verilməsə də, yaxın günlərdə dövriyyəyə girəcək.
İranla ticarətin ABŞ-ın nəzarətindəki SWİFT sistemindən kənarda aparılması dollara ciddi zərbə vuracağı deyilir.



İrana qarşı sanksiyaların müddəti uzadıldı
İran üçün halqa daralır- Əgər...
İrana qarşı yeni sanksiyalar elan edildi
Almaniyada İrana qarşı SANKSİYA TƏLƏB EDİLDİ
Tehran ABŞ-a MEYDAN OXUDU: Peşman olacaqsınız!
İrana qarşı yeni sanksiyalar tətbiq olunacaq
Pompeo: ABŞ İrana qarşı sanksiyaları ləğv etsə...
ABŞ-dan İrana yeni sanksiya
ABŞ -dan İrana qarşı növbəti sanksiya
İrana növbəti zərbə - Tramp İMZALADI
Avropa ABŞ-ın sanksiyalarına qarşı - İlk sənəd qəbul edildi
Tramp: "İrana qarşı sanksiyalar..."
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 