ONN İnformasiya Agentliyi

Sərkisyanın “sağ əli” siyasətdən gedir

Sərkisyanın “sağ əli” siyasətdən gedir
7-11-2018, 16:22


Ermənistan parlamentinin spikeri Ara Babloyan qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb.

ONN media Axar.az-a istinadla xəbər verir ki, bu barədə Babloyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Babloyan siyasi həyatına nöqtə qoyduğunu və bundan sonra oğluna məxsus "Arabkir" klinikasında tibb sahəsində fəaliyyətini davam etdirəcəyini söyləyib.

Respublikaçılar Partiyasının seçkilərdə iştirak etməli olduğunu qeyd edən Babloyan partiyanın şanslarını qiymətləndirməkdə çətinlik çəkib. O, hazırda partiya daxilində islahatlar aparıldığını vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png