Avstriyada keçirilmiş parlament seçkilərinin rəsmi nəticələri oktyabrın 4-də elan olunub. ONN media xəbər verir ki, Avstriya Federal Daxili İşlər Nazirliyi nəzdində Seçki Komissiyasının məlumatına əsasən, mühafizəkar Avstriya Xalq Partiyası (ÖVP) 37,5 faizlər seçkilərdə qalib gəlib. Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) tarixində ən zəif göstərici (21,2 faiz) ilə ikinci yerdə qərarlaşıb. “İbiza qalmaqalı” sayəsində böhran yaşayan Avstriya Azadlıq Partiyası (FPÖ) 16,2 faizlə kifayətlənməli olub. Ötən seçkilərdə dörd faizlik baryeri keçə bilməyərək parlamentdən kənarda qalan “Yaşıllar” isə bu dəfə öz seçicilərinin yüksək etimadını qazanaraq, partiya tarixində ən yüksək nəticə ilə (13,9 faiz) parlamentdə yenidən təmsil olunmaq haqqı qazanıb. Parlamentə keçən sonuncu partiya isə Yeni Avstriya və Liberal Forum (NEOS) olub: 8,1 faiz. Seçkilərdə səsvermə hüququna malik əhalinin 75,59 faizi iştirak edib və bu göstərici İkinci Respublika dövründə ikinci ən aşağı seçki fəallığı hesab olunur. Parlament seçkilərinin rəsmi nəticələri artıq məlumdur və sıra Avstriyanın dövlət başçısı Aleksander Van der Bellendədir. O, bazar ertəsi seçkilərdə qalib gələn Avstriya Xalq Partiyasının (ÖVP) sədri Sebastian Kurtsu qəbul etməli və ona yeni hökuməti təşkil etmək üçün mandat verməlidir.
Parlament seçkilərinin rəsmi nəticələri açıqlandı - Avstriyada



Türkiyədə seçkilərin yekun nəticələri açıqlandı
Portuqaliyada seçkilər başlayıb- Vəziyyət necədir?
Rusiyada seçkilərin yekun nəticələri açıqlandı
Gürcüstanda parlament seçkilərinin rəsmi nəticələri AÇIQLANDI
Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı
Nazarbayevin partiyası qalib gəldi
Parlament seçkiləri zamanı bir nəfər ölüb
Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibi barədə danışdı
Zelenski Ali Radada neçə yer əldə edir – SON NƏTİCƏLƏR
Ukraynada səslərin 99 faizi sayıldı
Avstriya kansleri istefa verdi
Türkiyədə seçkilərin nəticəsi açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 