Böyük Britaniya hökuməti Avropa İttifaqına müraciət edərək "Facebook" şirkəti ilə bağlı böyük hay-küyə səbəb olmuş işin təhqiq olunmasını xahiş edib. Şirkət öz istifadəçilərinin məlumatlarından, o cümlədən "Cambridge Analytica" şirkəti vasitəsilə sui-istifadə etməkdə ittiham olunur.
ONN media xəbər verir ki, Böyük Britaniyanın İnformasiya Komissarı İdarəsi (İCO) "Facebook"un işini İrlandiyanın məlumatların qorunması komissiyasına verib (şirkətin Avropa üzrə qərargahı İrlandiyada yerləşir).
Aİ-nin 2018-ci il may ayında qəbul edilmiş "Şəxsi məlumatların qorunması barədə" yeni qanununa müvafiq olaraq, "Cambridge Analytica" və "Facebook" şirkətləri irlandiyalı tənzimləyicinin diqqətini cəlb ediblər. İCO nümayəndəsi bildirib ki, şübhəli akkauntlar vasitəsilə, yəni sosial şəbəkə qaydaları pozulmaqla yayılan siyasi reklam ekspertlərin diqqət mərkəzində olacaq. Həmin qaydalara görə, siyasi reklamın sifarişçisi həm özü barədə, həm də reklamın xərcini ödəyən barədə informasiya təqdim etməyə borcludur.
"Cambridge Analytica" ilə bağlı qalmaqal 2018-ci ilin əvvəlində başlanıb. O vaxt məlum olub ki, şirkət 87 milyon istifadəçi barədə məlumatı qanunsuz şəkildə toplayıb və üçüncü şəxslərə, o cümlədən ABŞ-ın indiki Prezidenti Donald Trampın seçkiqabağı kampaniyasının qərargahına çatdırıb. Tramp da öz növbəsində, həmin məlumatlardan siyasi reklam üçün istifadə edib. Bu il aprel və may aylarında "Facebook" şirkətinin təsisçisi Mark Tsukerberq ABŞ Konqresində və Avropa Parlamentində səhvini etiraf edib və məlumat sızmasına görə üzr istəyib.
Oktyabrın 25-də İCO "Facebook İnc" şirkətini 500 min funt sterlinq məbləğində cərimə edib. Tənzimləyicinin sözlərinə görə, 2007-ci ildən 2014-cü ilə qədər bu sosial şəbəkə istifadəçilərdən "yetərincə aydın razılıq almadan" onlara aid məlumatları mobil proqram əlavələri yaradanlara ötürüb. Nəticədə bu sonuncular həmin istifadəçilərin dostları barədə məlumatı da əldə etmək imkanı qazanıblar.



ABŞ Facebook-u cərimələdi- Rekord məbləğ
Mark Zukerberqi cəzalandırıldı - SƏBƏB?
“Facebook”u 5 milyard dollar məbləğində cərimələdilər - Texnologiya tarixinə DÜŞDÜ
"Facebook" cərimələnə bilər - SƏBƏB?
Facebook-a qarşı təhqiqat
"Facebook"dan istifadəçilərə ŞOK - Yüzlərlə qrup, səhifə...
Mark bu hadisə ilə bağlı ifadə verəcək
"Facebook"dan YENİLİK
SON DƏQİQƏ: "Facebook" adını DƏYİŞDİ - FOTO
“Facebook” 82 hesabı sildi
"Facebook" dan baş verənlərlə bağlı - RƏSMİ İZAHAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 