"ABŞ Prezidenti Donald Trampla görüşümüzdə Suriya, PKK/YPG-PYD, Fətullahçı Terror Təşkilatı, "Halkbank" məsələlərini müzakirə etdik".
ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfərdən geri dönərkən, təyyarədə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, D.Trampla sonuncu telefon danışıqları zamanı da "Halkbank" məsələsini müzakirə ediblərmiş: ""Halkbank"la əlaqədar telefon danışığımızdan sonra cənab Donald Tramp ölkəsinin Xəzinə və Maliyyə Nazirliyinə 24 saat ərzində təlimat verdi və nazir də bizim xəzinə və maliyyə nazirimiz Berat Albayraka zəng etdi. Bu məsələnin həlli üçün atılacaq addımları, görüləcək işləri müzakirə etdilər. Məsələnin həlli ilə bağlı fərqli mənzərə yaranan kimi xarici işlər nazirimiz Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə əlaqə saxladı. Mən məsələni Trampa deyəndən sonra o, ABŞ-a dönən kimi xəzinə və maliyyə nazirinə təlimat verəcəyini söylədi. Donald Tramp "mən bu işin başa çatdığını zənn edirdim, niyə bu qədər uzandı?" cavabını verdi".
İki ölkə lideri YPG məsələsini də nəzərdən keçiriblər: "Məndə YPG məsələsində də öz aralarında əlaqənin olmaması təəssüratı yaranıb. Cənab Donald Trampa bu məsələdə bərabər görə biləcəyimiz çox işlərin olduğunu dedim. Məsələ ilə bağlı Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akarın amerikalı həmkarları ilə görə biləcəkləri işlər çoxdur".
Qeyd edək ki, "Halkbank"ın baş direktorunun keçmiş müavini Hakan Atilla hazırda ABŞ-da həbsdədir. Ağ ev onu İrana qarşı sanksiyaları pozmaqda ittiham edir.



Ərdoğan Rusiyaya getdi- Hansı məsələlər müzakirə olunacaq?
Çavuşoğlu:"Tramp bundan sonra YPG-yə silah verməyəcəklərini konkret bəyan etdi"
Ərdoğan Trampla telefonla danışıb
Albayrakın istefası qəbul olundu
Tramp və Ərdoğan telefonda danışdılar - NƏLƏR MÜZAKİRƏ EDİLDİ?
Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq
Ərdoğanla Tramp arasında telefon danışığı: GÜNDƏMİ DƏYİŞDİRƏCƏK TƏKLİF
Ərdoğan Trampla telefonda danışdı: Nələr müzakirə edildi?
Ərdoğan və Tramp razılığa gəldi
Ərdoğan və Tramp arasında telefon danışığı oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 