Rusiyanın “S-400” zenit-raket kompleksləri dünya silah bazarında “ixracat hiti”nə çevrilib.
ONN media xəbər verir ki, bu haqda Almaniyanın “Die Welt” qəzeti yazıb.
Nəşr qeyd edir ki, kompleksləri yanvarın əvvəlində artıq Çin alıb, növbəti il “S-400”-lər Türkiyəyə gəlməlidir, oktyabrda isə Hindistanla 5 milyard dollarlıq müqavilə imzalanıb.
Qəzetin ekspertlərinin fikrincə, “S-400” texniki xarakteristikaları üzrə Amerika analoqlarını qabaqlayır. Xüsusi halda, Rusiya kompleksi 30 kilometr hündürlükdə, 400 kilometr radiusda hərəkət edən müxtəlif hədəfləri vurmağa qadirdir və müxtəlif mənzilli raketlərlə təchiz edilir. Amerika “Patriot” sistemləri isə 100 kilometr uçuş məsafəsi olan raketləriylə təchiz edilir.
Ancaq məqalə müəllifi iddia edir ki, əslində, texniki xarakteristikalar alıcılar üçün ikinci dərəcəli əhəmiyyətə malikdir, sazişlərdə siyasi mətnaltı var.
“Bununla əlaqədar olaraq, “S-400”-lər ölkələrin çoxu üçün ABŞ-la dialoqda əhəmiyyətli “kozır”a çevrilir. Bu, onlara öz müstəqilliyini müdafiə etməyə kömək edir. Artıq “S-400” kompleksin alınmasında yalnız bir maraq var: bu, Vaşinqtona öz qaydalarını diktə etməyə icazə verməyən suveren dövlət kimi özünü təqdim etməyə imkan verir”, - nəşr yekunlaşdırıb.(publika.az)



SON DƏQİQƏ: Türkiyə hərəkətə keçdi - ABŞ-a SORĞU GÖNDƏRİLDİ
Tramp Türkiyə üçün hərəkətə keçdi - Ən yaxşı silahlarını göndərəcək
Moskvanı bu yolla dağıdacaqlar
Məhv edilmiş və qənimət götürülmüş erməni texnikasının YENİ SİYAHISI
Vaşinqtondan Türkiyəyə pozitiv təklif
Putindən S-500 açıqlaması: Orduya verilir
İsrail yeni raketini təqdim etdi
Düşmənin ələ keçirilən hərbi qənimətlərinin bir qismi paradda nümayiş olundu
Türkiyə Rusiyadan ikinci “S-400” alayı alacaq?
Zavodda partlayış olub- İnsanlar təxliyyə edilir
Hindistan "BrahMos" raketini sınaqdan keçirdi
Rusiya S-500-ləri uğurla sınaqdan keçirdi
Günün qoroskopu: Sükan arxasında diqqətli olun
MN təstiqlədi- ÖZ QIRICIMIZDIR
Cəbrayılda mina partladı
DİQQƏT- Qəbul ləğv edildi
Pensiya alanların NƏZƏRİNƏ
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ 