Gürcüstanda yaşayan Ermənistan vətəndaşları yüksək dağlıq regionlarda yaşayan daimi sakinlərə təqdim olunan güzəştlərin onlara da şamil olunması ilə bağlı iddia qaldırıblar.
ONN media Report-a istinadən xəbər verir ki, Gürcüstanın Konstitusiya Məhkəməsi Ermənistan vətəndaşlarının yerli hökumət və parlamentə qarşı iddiasını nəzərdən keçirirərək onu təmin etməyib.
Ermənistan vətəndaşları Qarnik Varderesyan, Artavazd Xaçatryan və Ani Minasyan onların güzəştlərdən yararlana bilməmələrini diskriminasiya adlandıraraq Gürcüstanın “Yüksək dağlıq regionların inkişafı” haqqında qanunun normasının konstutusiyaya zidd elan olunmasını tələb ediblər. İddiaçılar hesab edirlər ki, dağlıq regionların daimi sakinlərinə təqdim olunan güzəştlərdən həmin regionlarda yaşayan xarici vətəndaşlar da istifadə etməlidirlər.
Konstitusiya Məhkəməsi Ermənistan vətəndaşlarının arqumentlərini rədd edərək qanunun ölkə əsas qanununa tam uyğun olduğunu müəyyən edib.
Qeyd edək ki, Gürcüstanın “Yüksək dağlıq regionların inkişafı” haqqında qanuna əsasən, 1600-dən çox kəndə yüksək dağlıq statusu verilib. Həmin kəndlərin daimi sakinləri bir sıra güzəştlərdən istifadə edir. Bu güzəştlərə müəllim və həkimlərin əməkhaqlarına əlavələr, təqaüdlərin və sosial yardımların artırılması daxildir. Bununla yanaşı, fiziki şəxslər və sahibkarlar gəlir və əmlak vergisindən azad olunublar. 2019-cu ilin yanvarın 1-dən etibarən yüksək dağlıq kəndlərdə yaşa görə təqaüd ödənişlərinin məbləği 11%-dən çox artacaq.



Konstitusiya Məhkəməsi Koçaryanın iddiasını RƏDD ETDİ
Ermənistan döyüşlərə xarici vətəndaşları yığır - Gürcüstan HƏBS EDƏCƏK
Azərbaycana daha iki ölkədən girişə icazə verildi
Bu şəxslərin maaşı artırıldı
Koçaryanla bağlı SON MƏLUMAT
Paşinyan: “Baş Qərargah rəisi vəzifəsindən azad olunmuş sayılır”
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd etdi
Ermənistan vətəndaşları sərhəddə ələ keçdi
Azərbaycanın Fransadakı səfirliyi prezident seçkisi ilə bağlı çağırış edib
Türkiyədə yaşayan azərbaycanlıların DİQQƏTİNƏ!
Azərbaycanlılar qayıtmağımı istəyir - Saakaşvili
Əli Əsədov qərar imzaladı
Sabahın havası açıqlandı
Hava ilə bağlı nazirlikdən xəbərdarlıq
Bakıda iki avtobus toqquşdu- Xəsarət alan var
Şamaxıda zəlzələ oldu
Bakı nefti kəskin bahalaşdı
Günün qoroskopu: Sükan arxasında diqqətli olun
MN təstiqlədi- ÖZ QIRICIMIZDIR
Cəbrayılda mina partladı
DİQQƏT- Qəbul ləğv edildi
Pensiya alanların NƏZƏRİNƏ
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq 