“Terrorçu PKK/YPG-PYD qruplaşması Suriyanın Menbic bölgəsinin tərk etməsə, Türkiyə Silahlı Qüvvələri ora girəcək”.
ONN media “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşəkilatının ali məhkəmə hakimlərinin konfransında bildirib.
“Ötən gün axşam İraqda əməliyyat keçirdik. Sincar və Mahmurun ətəkləri Qaracarda atılan addımlara qarşı əməliyyat arapdıq. Dayandıqmı?! Yox, bunun ardı olacaq. Çünki orada ölkəmiz təhdid edilir. Bu təhdidin cavabı dərhal veriləcək. Bu terror qruplaşmalarını ya məhv edəcəklər, ya da onlar bunu etmirlərsə, biz həmin terrorçuları yox edəcəyik.
Sərhədlərimizə toplanan terrorçular gec-tez bizi hədəfə alacaq. Bu artıq təsdiqlənib. Suriyanın şimalında ABŞ-ın məlum olan 22 hərbi bazası var. Ora silah, hərbi maşın və texnika göndərilir. PKK/YPG-PYD onların yanına gedir.
Menbic nağılı ilə bizim diqqətimizi yayındırmaq istəyirlər. Menbicin əhalisinin 85-90 faizi ərəblərdən ibarətdir. Ancaq ora tamamilə terrorçulara verilib. Oranı boşaldacağıq dedilər. Ancaq göndərmədilər. Açıq-aşkar danışıram. Türkiyə Fəratın şərqində terror bataqlığına müdaxilə məsələsində yetərincə vaxt itirib. Bundan sonra bir gün gecikməyə belə dözümümüz qalmayıb.
Biz Suriyada atdığımız addımlarla sadəcə öz ölkəmizin təhlükəsizliyini təmin etmirik. Heç bir məzhəb fanatikliyi bu həqiqəti ört-basdr edə bilməz”, - Türkiyə lideri vurğulayıb.



Türkiyə daha bir şəhərdə hərbi əməliyyat keçirəcək – Ərdoğan təsdiqlədi
Türkiyə İraqın Sincar rayonunda əməliyyatlara başlayıb
Ərdoğan ABŞ-a səfər edəcək?
Ərdoğan: Türkiyə bu məsələnin lehinədir
Türkiyə ordusu 12 terrorçunu məhv etdi
Türk ordusuna hücuma hazırlaşan terrorçular məhv edildi
Ərdoğan əməliyyat qərargahında
“Əməliyyat belə başa çatacaq” – Ərdoğan planı açıqladı
Türkiyədən terrorçulara böyük zərbə
Türkiyə Fəratın şərqini bombaladı
Ərdoğan: Türkiyə tezliklə əməliyyatlara başlayacaq
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 