Hollandiyada polisin əmri ilə bəzi rayon və kəndlərdə qəbirlər açılacaq.
Səbəb kimi tibb bacısının yaşlıları öldürdüyü bildirilir. Məlumata görə, tibb bacısı işləyən 21 yaşlı Rahied adlı şəxs, şəkər xəstəsi olmayan yaşlılara insulin vuraraq öldürüb. Polis şöbəsindən verilən məlumatda qeyd edilir ki, şəxsin törətdiyi cinayətlər bununla bitmir. O, təcrübə üçün işlədiyi yerlərdə də 12 nəfəri bu üsulla öldürüb.
21 yaşlı qatilin törətdiyi əməl isə təsadüfən ortaya çıxıb. O, qəflətən halı pisləşən qadına tibbi cəhətdən gərəkli olmadığı halda insulin verib. Bir müddət sonra isə qadın ölüb. Və aparılan araşdırma zamanı faktlar aşkar edilib.
Qatilin bu üsulu seçməyinin səbəbini isə həkimlər belə açıqlayıblar:
"Xəstənin bu səbəbdən öldüyünü tapmaq çox çətindir. Bu uzun və diqqət çəkən araşdırmalardan sonra bəlli ola bilər. İnsulin iynəsinin bir az batması belə bir yaşlını komaya salmağa kifayətdir. Şəkər xəstəsi olmayanlar üçün insulin çox təhlükəlidir”
Mütəxəssislər, bu dərmanın sağlam insanlara vurulduğu halda ölmək ehtimallarının yüksək olduğunu bildiriblər:
"Bu preparatı əldə etmək çox asandır. Rəsmi araşdırmalara görə, 75 və daha yaşlı insanların 80 faizi şəkər xəstəliyindən əziyyət çəkir. İnsulin isə qandakı şəkər səviyyəsini tənzimləyən hormondur. Ancaq xəstə olmayanlar üçün çox təhlükəlidir”.
Hollandiyalı mütəxəssis Frank Van De Goot, xəstələrin ölüm səbəbinin yaxşı araşdırılmadığı üçün bu cinayətin üstünün gec açıldığını vurğulayıb:
"İlk baxış zamanı xəstənin bu səbəbdən öldüyü bilinməz. Qan və sidik analizi nəticəsində aşkar etmək mümkündür”.
Faktla bağlı araşdırmalar davam edir.(Medicina.az)



4 xəstəni öldürən tibb bacısına hökm oxundu
Doğum evinin tibb bacısı 17 körpəni öldürüb - ŞOK
QORXUNC HADİSƏ: Tibb bacısı dırmıqla uşaqlara hücum etdi
Yeni doğulan körpələrə narkotik verdilər - Doğum evində ŞOK
Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları İŞDƏN QOVULDU
Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları işdən çıxarılıb
Bakıda videosu yayılan tibb bacısını maşın vuraraq öldürdü
Azərbaycanda tibb işçisindən ŞOK ADDIM: koronavirus xəstəsini...
Xırdalanda partlayışda yaralananların son durumu necədir?
Şəkər xəstələri üçün dərman qədər vacib toxum - Alimlərdən ŞOK
Bakıya erməni qızlarını kim göndərir? - ŞOK FAKTLAR
3 yaşlı uşağı elektrik cərəyanı vurub öldürdü - AZƏRBAYCANDA
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 