Şəkərli diabet xəstələri dərman, qidalanma və insulin qəbulundan başqa, qanda qlükozanı normada saxlamaq və təmizlənmək üçün kətan toxumu və dəmləməsindən də istifadə etməlidir. Bunu təkcə xalq təbabəti yox, alimlər də məsləhət görür. ONN media medicina.az-a istinadən bildirir ki, Amerika tibb alimləri çoxillik tədqiqatlarını yekunlaşdıraraq, kətan toxumunun diabet və piylənmədən əziyyət çəkən obezete xəstələrinin müalicəsində və profilaktikasında effektiv təsirinin olduğunu sübut etdilər. Nəzarət qrupunda kətan toxumu ilə sınaqlar göstərdi ki, bu toxum qanda uzun müddət şəkəri salır, normada saxlayır, həzm prosesini yaxşılaşdırır, artıq çəkili insanlarda arıqlamağa və insulin rezistentliyi azaltmağa səbəb olub. Kətan toxumu diabetdə 2 istiqamətdə təsir edir: onun toxumları Omeqa 3 turşu yağları ilə, eləcə də həzmi yaxşılaşdıran liflərlə zəngindir. Yadda saxlayın ki, toxumlar bütov halda qəbul olunsa faydasızdır, onlar elə bağırsaqdan sovrulmayıb bütöv də xaric edilir. Ona görə orqanizmə toxumun döyülüb un halına salınmış forması düşməlidir. Un halına salınmış toxumları yeməyə, salata, şorbalara qatıb yemək də olar, onun dəmləməsini hazırlayıb içmək də. Dəmləmə üçün toxumlar bütöv də ola bilər. Onlar çox şişdiyi üçün qab geniş, su çox olmalıdır. İnsan kətan toxumu qəbul etdiyi gün çoxlu adi su tükətməlidir. Çünki bağırsaqlardan şişmiş toxumların keçməsi üçün maye lazımdır. Necə hazırlamalı? 3 xörək qaşığı üyüdülmüş kətan toxumunun üzərinə 1 stəkan yarım ilıq su töküb, ağzını bağlayıb, gecədən səhərə kimi saxlayın. Səhər bunu zəif odda qaynadıb, bir qədər soyudub, süzün. Selik kimi şirəli mayenin üzərinə 1 stəkan qaynar su alıb, termosa tökün. Bunu gün ərzində fasilələrlə, hər dəfə bir az olmaqla qurtum-qurtum için. Həmin gün ən azı 2 litr maye qəbul etməlisiz. Əks təqdirdə qəbizlik qaçılmazdır. Belə etsəniz, həm enerjiniz, gücünüz olacaq, həm mədə-bağırsağınız işləyəcək, həm də hər yeməkdən sonra qana qlükoza çox mirdarda sıçramayacaq, şəkər rekord həddə yüksəlməyəcək.
Şəkər xəstələri üçün dərman qədər vacib toxum - Alimlərdən ŞOK



Kətan toxumunun bilmədiyiniz faydaları
Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən yaxşı 7 MƏHSUL
Gözəllik və sağlamlıq üçün möcüzəvi həll yolu
Şəkərli diabetdən əziyyət çəkən şəxslər oruc tuta bilərmi?
Hər səhər 1 qaşıq için...
Qan şəkərini azaldan qidalar bunlardır
Şəkər xəstələrinə müjdə — YENİ DƏRMAN KƏŞF EDİLDİ
Xolesterini necə azalda bilərik?
Qandakı şəkəri hansı meyvə aşağı salır?
Qanda şəkəri 2 dəfə salan şirə açıqlandı
Qanda şəkəri salan meyvə
Gündə neçə dilim çörək yemək faydalıdır?
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 