ONN media AZƏRTACın məlumatına əsasən bildirir ki, Gürcüstan hökumətinin tərkibində struktur dəyişiklikləri aparılacaq. Hazırda fəaliyyət göstərən 18 nazirlikdən 5-i ləğv olunacaq. Dəyişikliklər nəticəsində İqtisadiyyat ilə Energetika, Mədəniyyət ilə İdman, Kənd Təsərrüfatı ilə Ətraf Mühit nazirlikləri birləşdiriləcək. Bundan başqa, Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin vəzifəsi ləğv olunacaq və bu struktur Xarici İşlər Nazirliyinə birləşdiriləcək. Mətbuatın yazdığına görə, İqtisadiyyat ilə Energetika nazirlikləri birləşdirildikdən sonra bu quruma hazırki maliyyə naziri Dmitri Kumsişvilinin rəhbərlik edəcəyi gözlənilir. Daxili işlər naziri Qeorqi Mqebrişvili və elm və təhsil naziri Aleksandr Cecelava vəzifələrindən kənarlaşdırılacaqlar. Hazırki iqtisadiyyat naziri Qeorqi Qaxariya isə daxili işlər naziri təyin olunacaq. Mədəniyyət ilə İdman nazirlikləri birləşdikdən sonra bu quruma kimin nazir təyin olunacağı hələlik məlum deyil. Maliyyə naziri vəzifəsinə “Gürcüstan Dəmir Yolları” SC-nin sədri Mamuka Baxtadzenin və ya D.Musişvilinin hazırki müavini Qeorqi Tabuaşvilinin təyin ediləcəyi gözlənilir. Hökumətdəki kadr dəyişiklikləri barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.
5 nazirlik ləğv ediləcək



Gürcüstanın yeni hökumətinə nə vaxt etimad göstəriləcək?
Azərbaycanda bu nazirliklər ləğv olunacaq
Gürcüstanda 3 nazirlik ləğv olundu
Gürcüstanda xarici işlər naziri və maliyyə naziri dəyişdi
Paşinyan daha iki nəfəri işdən QOVDU
Daxili işlər nazirinin 1-ci müavini kim olacaq?
Gürcüstanın yeni hökuməti TƏSDİQLƏNDİ
Qonşu ölkədə kadr dəyişiklikləri olacaq
Azərbaycanda bu qurumlar LƏĞV EDİLDİ - ƏMR
Qonşu ölkənin hökumətində dəyişikliklər olacaq
Ərdoğan yeni nazirləri elan edir- RƏSMİ
Gürcüstan hökuməti təsdiq olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 