Vaşinqtonun Suriyada "sərhəd təhlükəsizliyi qüvvələri" yaratmaq planı yolverilməzdir.
ONN media xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.
"ABŞ-ın atdığı addımlar terror təşkilatını qanuniləşdirir, bu böyük narahatlıq doğurur. Terrorla istənilən mübarizə aparmaq hüququnu öz üzərimizdə saxlayırıq. Terror təşkilatları ilə mübarizəmiz istər ölkə daxilində, istərsə də xaricində davam etdiriləcək. Türkiyə təhlükəsizliyinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək", - deyə İbrahim Kalın qeyd edib.
Bundan əvvəl bildirilmişdi ki, ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada nəzarət etdiyi ərazilərdə «sərhəd təhlükəsizliyi qüvvələri» yaratmağa başlayıb.
APA-nın «Gazeta.ru»-ya istinadən verdiyi xəbərə görə, bu barədə «Defense Post» nəşrinə koalisiyanın rəsmi nümayəndəsi Tomas Vill bildirib.
Alyansın «Suriya Demokratik Qüvvələr» (SDQ) adlanan silahlı qruplaşma ilə birgə çalışdığı bildirilir.
«Hazırda, ilkin mərhələdə, təlimlərə təxminən 230 nəfər cəlb edilib, yekun məqsəd - 30 minlik qüvvə yaratmaqdır», - deyə Tomas Vill vurğulayıb.
Onun sözlərinə görə, yeni qüvvələr Suriyanın SDQ-nin nəzarətində olan ərazinin qərb sərhədi boyu, habelə İraq və Türkiyə sərhədləri bou yerləşdiriləcək. (apa)



Türkiyə prezidentinin sözçüsü ABŞ-ın YPG-yə dəstək planını pisləyib
Kalın: "Bu ərazilər Türkiyənin nəzarətində olmalıdır"
Qarabağ gec-tez azadlığına qovuşacaq - İbrahim Kalın
Ərdoğan kabineti topladı (YENİLƏNDİ)
Türkiyədən ABŞ-a SƏRT REAKSİYA
Ərdoğan: İŞİD Suriyada məğlubiyyətə uğradı
Ankaradan Rusiyaya SƏRT ETİRAZ
Putinin məqsədi budur - İbrahim Kalın
İbrahim Kalın: Putin Ərdoğanı dinləyir
İbrahim Kalın koronavirusa yoluxdu
İbrahim Kalın və Con Bolton telefonda danışdı
Makron Türkiyəni qəzəbləndirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 