Rusiya Baş Kəşfiyyat İdarəsinin keşmiş yefreytoru Nikita Belyankin Moskva ətrafı Putilkovo qəsəbəsində onlarla qafqazlı tərəfindən döyülərək öldürülb.
Məlumata görə, iyunun 1-də, saat 23:30 radələrində Belyankin sevgilisi ilə barın qarşısından keçərkən onlarla qafqazlının iki kişini döydüyünü görüb. Döyülənləri müdafiə etmək üçün ortaya atılan yefreytor ürəyindən bıçaqlanıb. O hadisə yerində keçinib.
Belyankini öldürən şəxsin Ermənistan vətəndaşı Qriqor Ohanyan olduğu müəyyənləşdirilib. REN TV kanalının məlumatına görə, Ohanyan qarşısında sözügedən qətl hadisəsinin baş verdiyi barın sahibidir. Hadisənin səhəri günü o ilk reyslə Yerevana uçub.
Hadisə şahidlərinin dediyinə görə, Belyankin döyülənlərə kömək eləmək üçün tapançasını çıxarıb və havaya iki dəfə atəş açıb.
Belyankinin həmin davada müdafiə etdiyi yaralı kişi - Aleksandr Orlov bildirib ki, hücum edənlər sərxoş olublar.
Hadisə yerindən keçən Svetlana adlı xanım əri ilə birlikdə Nikitaya yardım etmək istəsələr də artıq gec olub. Onun sözlərinə görə, hücum edənlər təxminən 20 nəfər olublar və hadisələr elə sürətlə cərəyan edib ki, heç kim kömək edə bilməyib. Hadisə Nikitanın evinin yaxınlığında baş verib, təcili tibbi yardım isə 10-15 dəqiqə sonra gəlib.
Kütləvi davada iştirak edənlərin kimliyi artıq müəyyənləşdirilib. Araşdırmalar davam edir.



Rusiya kəşfiyyatçısını öldürən erməni həbs edildi
SON DƏQİQƏ: erməni təxribatçı hərbi qulluqçumuza hücum etdi
DƏHŞƏTLİ QƏTL: kriminal avtoritet ailəsinin gözü qarşısında GÜLLƏLƏNDİ
ABŞ-da VƏHŞİLİK: müsəlman olduğu üçün döyüb öldürdülər – VİDEO
Meksikada 8 nəfər güllələnib
Bakıda insident: Polis kafedə qadına silahla hücum edən şəxsə atəş açdı
Bakıda yol üstə insident: sürücünü bir yumruqla öldürdü
Maşın naməlum şəxsi vuraraq öldürüb
Avtomobil piyadanı vurdu, hadisə yerindən qaçdı
Ermənistan yenidən etiraz aksiyasına qalxdı: Rusiya ilə bağlı TƏLƏB
Ohanyanın döyüşlərdə ağır yaralanan oğlu ÖLDÜ
Küçədə DƏHŞƏT YAŞANDI: 1-i azərbaycanlı olmaqla 3 nəfər öldürüldü – VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 