ONN İnformasiya Agentliyi

ABŞ-ın xam neft ehtiyatları azalır

ABŞ-ın xam neft ehtiyatları azalır
05 Yanvar 2018 - 11:05

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 7,4 milyon barrel (1,7 faiz) azalaraq 424,5 milyon barrelə geriləyib.

ONNmedia xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 5,1 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 4,6 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə 0,4 milyon barrel (0,1 faiz) azalaraq 663,7 milyon barrel olub. Ölkənin benzin ehtiyatları ötən hesabat həftəsində 4,8 milyon barrel (2,1 faiz) artaraq 233,2 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 2,2 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 0,6 milyon barrel artmışdı.

Hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 28 min barrel artaraq 9,78 milyon barrelə çatıb. Ölkənin neft idxalı əvvəlki həftəyə görə gündəlik 27 min barrel azalaraq 7,97 milyon barrelə düşüb. ABŞ-ın xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə gündəlik 265 min barrel artaraq 1,47 milyon barrel təşkil edib.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png