ONN İnformasiya Agentliyi

Aİ Türkiyəni TƏHDİD ETDİ: “Sanksiyalar hazırdır”

Aİ Türkiyəni TƏHDİD ETDİ: “Sanksiyalar hazırdır”
31 Avqust 2020 - 17:15

“Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyəti Avropa İttifaqında narahatlıq yaradır. Ankara bölgədə dinc yol tapmalıdır”.

ONN media xəbər verir ki, bu barədə Avropa İttifaqının açıqlamasında bildirilib.

Aİ gərginliyi artıran təktərəfli tədbirlər yerinə Türkiyə ilə dialoqun lazım olduğunu bildirib. İttifaq danışıqların fayda verməyəcəyi təqdirdə Türkiyəyə tətbiq olunacaq sanksiyaların hazır olduğunu açıqlayıb.

Almaniya və Fransa tərəfindən verilən açıqlamada isə Türkiyəyə təhdidlər səsləndirilib.

“Aİ dialoqa hazırdır, ancaq lazım olsa Türkiyəyə tətbiq olunacaq sanksiyalara maksimum sərtliyi göstərməyə qərarlıdır”, – Fransa Xarici İşlər naziri Jan-İv Le Drian deyib.

Almaniya Xarici İşlər naziri Hayko Maas isə Aralıq dənizindəki böhrandan çıxmağın yeganə yolunun danışıqlar olduğunu, sabitliyin pozulmasını qəbul etmədiklərini və Yunanıstanın suverenliyini qoruyacaqlarını bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png