ONN İnformasiya Agentliyi

Ankara Parisə ÇAĞIRIŞ ETDİ: Məsuliyyətli olun…

Ankara Parisə ÇAĞIRIŞ ETDİ: Məsuliyyətli olun…
16 Avqust 2020 - 11:02

Cənubi Kiprin Fransa ilə birgə hərbi təlimlər keçirməsi qanuna ziddir.

ONN media xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

O bildirib ki, Cənubi Kiprlə Fransa arasında 4 aprel 2017-ci ildə imzalanan “Müdafiə sahəsində əməkdaşlıq” haqqında sazişin cari ilin 1 avqust tarixində qüvvəyə minməsini yeni (15 avqustda) açıqlayıblar:

“Cənubi Kiprin belə bir anlaşma imzalamağa səlahiyyəti çatmır. Eyni zamanda, bu, Şərqi Aralıq dənizində sabitlik və təhlükəsizliyi təmin etmək səylərini pozmaq riski daşıyır. Fransanın indiki zamanda gərginliyi artıracaq addımlar atması, Cənubi Kiprlə birgə təlimlər keçirməsi və bölgəyə qırıcılarını yerləşdirməsi 1960-cı il müqavilələrini pozur. BMT TŞ-nin daimi üzvü olan Fransanı Kiprlə bağlı məsələlərdə daha məsuliyyətli davranmağa çağırırıq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png