ONN İnformasiya Agentliyi

Bu ölkə avronu qəbul edir və avrozonanın 20-ci ÜZVÜ OLUR

Bu ölkə avronu qəbul edir və avrozonanın 20-ci ÜZVÜ OLUR
15 May 2022 - 22:10

Xorvatiya parlamenti vahid Avropa valyutasına qoşulma haqqında qanun layihəsini qəbul edib. Beləliklə, gələn ildən Xorvatiya avrozonanın 20-ci ölkəsi olacaq.

Bu barədə “Aktuality” məlumat yayıb.

Bildirilib ki, ölkə parlamentində avroya keçidin lehinə 117, əleyhinə isə 13 deputat səs verib.

Avronun dövriyyəyə buraxılmasının əleyhdarları hesab edirlər ki, indi bu cür dəyişikliklər üçün münasib vaxt deyil, çünki bu, yoxsulluğun artmasına səbəb olacaq. 

Xorvatiya hökuməti əmindir ki, ölkə üçün avronun dövriyyəyə buraxılması yalnız müsbət effekt verəcək. Onların proqnozlarına görə, bu, valyuta risklərini aradan qaldıracaq, faiz dərəcələrini aşağı salacaq, ölkənin kredit reytinqini yüksəldəcək və daha çox investisiya cəlb edəcək.

Qanuna əsasən, Xorvatiya sentyabrın 5-dən hər iki valyutada malların qiymətlərini yenidən hesablamağa başlayacaq. Xorvatiya və Avropa valyutalarının paralel mövcudluğu gələn il ərzində də davam edəcək. İndi ölkədə Xorvatiya kunası dövriyyədədir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png