ONN İnformasiya Agentliyi

Ermənistan parlamentində gərginlik- NƏ BAŞ VERİR?

Ermənistan parlamentində gərginlik- NƏ BAŞ VERİR?
01 İyul 2022 - 11:56

Bu gün Ermənistan müxalifətinin “Müqavimət” hərəkatı parlament binasının girişində etiraz aksiyası keçirir.

Xatırladaq ki, hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyası iyulun 1-də növbədənkənar iclasının çağırılması təşəbbüsü ilə müraciət etmişdi. Müraciətdə “Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyanın parlamentin vitse-spikeri vəzifəsindən geri çağırılması, habelə Vahe Akopyanın parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasının sədri səlahiyyətlərinə xitam verilməsi haqqında qərar layihələrinin gündəliyə salınması təklif olunub.

ONN media Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda parlamentin iclasında İşxan Saqatelyanın parlamentin vitse-spikeri vəzifəsindən məhrum edilməsi, habelə Vahe Akopyanın parlamentin daimi komissiyasının sədri səlahiyyətlərinə xitam verilməsi üçün gizli səsvermə keçirilir.

Səsvermə saat 11:30-da başlayıb və 12:15-dək davam edəcək. Parlament müxalifəti özü də iclasda iştirak etmir və etiraz aksiyası keçirir.

Qeyd edilir ki, müxalifət deputatlarını vəzifələrindən məhrum etmək yalnız ilk addımdır. Hakimiyyət  10 deputatın daimi olaraq mandatdan məhrum edilməsi imkanını da nəzərdən keçirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png