ONN İnformasiya Agentliyi

Gürcüstan prezidenti: “Gürcü və Azərbaycan xalqlarını…”

Gürcüstan prezidenti: “Gürcü və Azərbaycan xalqlarını…”
16 Noyabr 2019 - 20:46

“Gürcülər və azərbaycanlıların müxtəlif dinlərə məxsus xalqlar olmasına baxmayaraq, hər iki xalqı sıx dostluq birləşdirir”.

ONN media  xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvilinin Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70, onun Şeyxülislamlıq fəaliyyətinin 40-cı yubileyi ilə bağlı ünvanladığı təbrik məktubunda bildirilib.

Dövlət başçısı məktubunda A.Paşazadənin Azərbaycanda dinin möhkəmləndirilməsindəki xüsusi rolunu qeyd edib: “Mən hər zaman Sizin və Gürcüstan patriarxının ölkələr arasındakı münasibətlərin dəstəklənməsi və möhkəmləndirilməsindəki şəxsi rolunuzu görürəm. İnanıram ki, bu dostluq hər zaman davam edəcək. Bu münasibətləri qoruyub saxlamaqla biz regionda həyati əhəmiyyət kəsb edən sülhü möhkəmləndirə bilərik”.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png