ONN İnformasiya Agentliyi

İlk İsrail təyyarəsi Əbu-Dabiyə eniş etdi – Kimlər var?

İlk İsrail təyyarəsi Əbu-Dabiyə eniş etdi – Kimlər var?
31 Avqust 2020 - 19:19

ABŞ Prezidentinin müşaviri Cared Kuşnerin də göyərtəsində olduğu ilk İsrail təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtına enib.

ONN media  xəbər verir ki, bununla BƏƏ və İsrail tarixində birinci kommersiya aviareysi həyata keçirilib. Təyyarənin göyərtəsində Əbu-Dabidə danışıqlar aparacaq İsrail hökumətinin nümayəndə heyəti də var.

İsrailin Milli Təhlükəsizlik Şurasının sədri Meyr Ben-Şabbat və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen, israilli iş adamları, alimlər və iqtisadçıların daxil olduğu nümayəndə heyətlərini BƏƏ Xarici İşlər Nazirliyinin rəsmiləri qarşılayıblar.

Əbu-Dabidə keçiriləcək danışıqlarda İsrailin Fələstin ərazilərinin ilhaqını dayandırması, Əbu-Dabi və Təl-Əviv arasında diplomatik münasibətlərin qurulması, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png