ONN İnformasiya Agentliyi

İspaniya İraqdan geri çəkilir – Bu tarixdə…

İspaniya İraqdan geri çəkilir – Bu tarixdə…
01 İyun 2020 - 21:56

İyulun axırlarında İspaniya İraq paytaxtından cənub-şərqdə yerləşən Besmaya bazasındakı qoşunlarını oradan çıxaracaq.

ONN media  xəbər verir ki, İspaniyanın İraqdakı 530 hərbi qulluqçusundan 350 nəfəri pandemiyadan əvvəl həmin bazada yerləşdirilib. Qoşunların həmin bazadan çıxarılmasının səbəbi İraq ordusu və polisinin iri bölmələrinin hazırlanması üzrə vəzifələr artıq yerinə yetirilib.

Vertolyot dəstələrinin sayı əhəmiyyətli dərəcədə azaldılacaq, çünki “Chinook” markalı üç hərbi nəqliyyat helikopteri modernləşdirilmək üçün İspaniyaya qayıtmalıdır. Beləliklə, İspaniyanın İraqda qalan hərbi kontingentinin sayı 200 nəfərdən az olacaq.

İspaniya Müdafiə Nazirliyi başqa yerlərdə olan qoşunlarını da çıxarmağa hazırlaşır. NATO missiyası çərçivəsində Əfqanıstanda dislokasiya edilmiş bütün ispan hərbi qulluqçularının qaytarılması bu ilin sonu və ya gələn ilin əvvəli üçün planlaşdırılıb.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png