ONN İnformasiya Agentliyi

Lukaşenko Putinə zəng etdi

Lukaşenko Putinə zəng etdi
15 Avqust 2020 - 20:14

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiyanın Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

ONN media  xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Məlumata görə, A.Lukaşenko və V.Putin Belarus daxilində və onun ətrafında yaranan vəziyyəti müzakirə ediblər.

Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, əsas odur bu problemlərdən aramızdakı əməkdaşlığa zərər vurmaq istəyən destruktiv qüvvələr istifadə etməsin.

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko hər iki tərəfin qardaş Rusiya və Belarus xalqlarının maraqlarına cavab verən müttəfiq münasibətlərinin gücləndirilməsinə meyilli olduğunu bildiriblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png