ONN media bildirir ki, rusiyalı məşhur bəstəkar Aleksandr Vustin vəfat edib.
“Rusiya Bəstəkarlar İttifaqı Aleksandr Vustinin doğmaları və yaxınlarına başsağlığı verir”, – məlumatda bildirilib.
Qeyd edək ki, Vustin ötən həftə ağciyər iltihabı ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlər ona birtərəfli pnevmoniya diaqnozu qoymuşdular. Onun koronavirusdan ölməsi ilə bağlı məlumat yoxdur.