ONN İnformasiya Agentliyi

Macarıstandan Türkiyəyə BÖYÜK DƏSTƏK: Buna hazırıq

Macarıstandan Türkiyəyə BÖYÜK DƏSTƏK: Buna hazırıq
15 Oktyabr 2019 - 18:54

Əgər Türkiyə qaçqınların geri qayıda bilmələri üçün Suriyada təhlükəsizlik bölgəsi yarada biləcəksə, Macarıstan məmnuniyyətlə əməkdaşlıq etməyə hazırdır.

ONN media xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edən Macarıstanın Xarici İşlər naziri Peter Szijjarto deyib.

Szijjarto Suriyada qaçqın probleminin həll edilməsinin Macarıstanın maraqlarına uyğun olduğunu bildirib:

“Macarıstan milyonlarla qaçqının sərhədlərinə qədər gəlməsini istəmir. Əgər bizə “Türkiyə qaçqınları Suriyaya geri qaytarsın, ya Avropaya yollasın” sualını versələr, bizim cavabımız təbii ki, “Türkiyə qaçqınları Suriyaya geri göndərsin və 4 milyon qaçqın üçün Avropa qapılarını açmasın” olacaq”.(axar)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png