ONN İnformasiya Agentliyi

Moskva sakinlərinə bununla bağlı xəbərdarlıq olundu

Moskva sakinlərinə bununla bağlı xəbərdarlıq olundu
26 Mart 2024 - 19:26

Moskvada qarın sürətlə əriməsi səbəbindən aktiv daşqınlar başlayıb.

ONN media xəbər verir ki, bu barədə Moskva Bələdiyyə Təsərrüfatının “”Telegram kanalında paytaxt sakinlərinə xəbərdarlıq edilib.

Merin müavini Pyotr Biryukovun sözlərinə görə, daşqın aktiv fazaya keçib, su anbarları su ilə dolmağa başlayıb. Lakin proses rəvan getdiyindən ərazilərin su altında qalması gözlənilmir. Bu, həm də Moskva və Moskva vilayətini fasiləsiz su ilə təmin etməyə imkan verəcək.

“İndi Moskvoretsk və Vazuz sistemlərinin su anbarlarında suyun səviyyəsi sutkada 20-60 santimetr yüksəlir”, – idarədən bildiriblər.

Əvvəllər Moskvanın mərkəzində qar yığınlarının 18 santimetrə qədər azalması qeydə alınmışdı. Paytaxtda qarın orta hesabla azalma sürəti sutkada 2-3 santimetr təşkil edir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png