ONN İnformasiya Agentliyi

Moskva yenidən PUA hücumuna məruz qaldı

Moskva yenidən PUA hücumuna məruz qaldı
23 Avqust 2023 - 9:23

Rusiyanın paytaxtı Moskva yenidən PUA-ların hücumuna məruz qalıb.

ONN media xəbər verir ki, Moskva sakinləri təcili yardım xidmətlərinə şəhərin müxtəlif yerlərində partlayışlar barədə məlumat veriblər.

Paytaxt meri Sergey Sobyanin rəsmi Teleqram kanalında yazıb ki, Moskva vilayətinin Mojaysk rayonunda pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə vasitəsi ilə vurulub, daha bir PUA isə Moskva-Siti ərazisində tikilməkdə olan binaya düşüb.

“PUA-nın Moskva vilayətinə çatmasından sonra zərərçəkən olmayıb, operativ xidmətlər hadisə yerinə gedib”, – mer bildirib.Moskvanın hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.

“Moskva hava limanları təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb”, – mənbə bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png