ONN İnformasiya Agentliyi

PKK-çılar Lavrovla görüşdü: Türkiyədən SƏRT REAKSİYA

PKK-çılar Lavrovla görüşdü: Türkiyədən SƏRT REAKSİYA
31 Avqust 2020 - 18:55

PKK/PYD terror təşkilatının liderlərindən olan İlham Əhməd başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Rusiyaya gedib.

ONN media xəbər verir ki, İlham Əhmədlə Əsəd rejiminə bağlı Xalqın İradəsi Partiyasının lideri Qədri Cəmil arasında Moskvada siyasi anlaşma imzalanıb.

Q.Cəmil terror təşkilatı ilə imzalanan anlaşmada Suriya böhranın həlli istiqamətində vacib maddələrin yer aldığını bildirib.

Daha sonra qonaqlar Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.

Görüşdə Suriya böhranının həlli yolları, humanitar yardımlar barədə fikir mübadiləsi aparılıb.

Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə etiraz bəyanatı yayıb:

“PKK/YPG-nin rəhbərliyi altında qondarma Suriya Demokratik Şurasının üzvlərindən ibarət nümayəndə heyətinin Rusiyaya dəvət olunmasından və yüksək səviyyəli rəsmiləri tərəfindən qəbul edilməsindən narahatıq.

PKK/YPG Suriyada yerli xalqa zülm edən, ölkənin ərazi bütövlüyünə qəsd edən, başda Türkiyə olmaqla, qonşu dövlətlərə təhlükə yaradan terror təşkilatıdır. Rusiyadan Astana formatındakı görüşlərdə verilən öhdəliklərə uyğun hərəkət etmələrini gözləyirik”.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png