ONN İnformasiya Agentliyi

Romada mina terroruna qarşı aksiya keçirildi

Romada mina terroruna qarşı aksiya keçirildi
31 Yanvar 2024 - 8:29

İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar paytaxt Romanın mərkəzindəki Müqəddəs Həvarilər Meydanında (Piazza dei Santi Apostoli) Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsinə qarşı etiraz aksiyası keçiriblər.

ONN media xəbər verir ki, aksiyanın məqsədi İtaliya və dünya ictimaiyyətinin diqqətini Ermənistanın Azərbaycan ərazilərini minalarla çirkləndirməsi probleminə yönəltmək və Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etmək olub.

Aksiya iştirakçıları Azərbaycanın uzun illər erməni işğalında qalmış ərazilərində Ermənistan tərəfindən basdırılan minaların bu gün də mülki şəxslərin ölümünə səbəb olduğunu bildiriblər. Soydaşlarımız mina terroruna son qoyulmasını tələb edib, “Erməni terroruna son!”, “Mina terrorunu dayandırın!”, “Ekoloji terrora son!” kimi şüarlar yazılmış plakatlar qaldırıb, İrəvanı sülhü dəstəkləməyə, mina xəritələrini verməyə çağırıblar

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png