ONN İnformasiya Agentliyi

Rusiya bu sahədə dünya lideri ola bilər

Rusiya bu sahədə dünya lideri ola bilər
27 Avqust 2020 - 22:27

Növbəti on il ərzində Rusiya dünyanın ən iri qızıl hasilatçısı olacaq.

ONN media xəbər verir ki, bu barədə “Fitch Solutions” şirkətinin proqnoz-hesabatında deyilir.Proqnoza əsasən, Rusiyada qızıl hasilatı 2020-ci ildə 11,3 milyon unsiyadan 2029-cu ildə 15,5 milyon unsiyayadək artacaq.

Bu göstərici hazırda ən iri qızıl hasilatçısı olan Çindən daha yüksək olacaq. 2029-cu ildə dünya qızıl hasilatının 11,6 faizi Rusiyanın payına düşəcək. Hazırda bu göstərici 10,6 faizə bərabərdir.2020-2029-cu illərdə Rusiyada qızıl hasilatı illik 3,7 faiz artım nümayiş etdirəcək. Çində isə artım 0,2 faizə bərabər olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png