ONN İnformasiya Agentliyi

Rusiyanın silah satışı kəskin azaldı – Məşhur institut yeni reytinqini açıqladı

Rusiyanın silah satışı kəskin azaldı – Məşhur institut yeni reytinqini açıqladı
06 Dekabr 2021 - 14:23

Stokholm Beynəlxalq Sülh Problemləri Araşdırmaları İnstitutunun (SIPRI) araşdırmasına görə, dünyanın 100 ən böyük şirkətinin silah və hərbi xidmət satışları 2020-ci ildə 1,3% artaraq 531 milyard dollara çatıb.

ONN media xəbər verir ki, satışlarda ən kəskin enişlərdən birini reytinqə daxil olan Rusiya şirkətləri göstərib. Belə ki, “Almaz-Antey” və “Birləşmiş Gəmiqayırma Korporasiyası” müvafiq olaraq 31 və 11 faiz ucuzlaşıb.

Ən böyük şirkətlər tərəfindən silah satışının reytinqində lider ölkələr:

ABŞ – 285 milyard dollar, ümumi reytinqdə payı 54%, 2019-cu ilə nisbətdə artım – 1,9%;

Çin – 66,8 milyard dollar, pay – 13%, artım – 1,5%;

Böyük Britaniya – 37,5 milyard dollar, pay – 7%, artım – 6,2%

Ən böyük şirkətlərin bütün satışlarının 21%-i (109 milyard dollar) Avropanın payına düşür. Fransa şirkətlərinin satışları 7,7% azalıb, Almaniya şirkətlərinin satışları isə 1,3% artıb.

Reytinqdə yer alan Rusiya şirkətləri 28,2 milyard dollar dəyərində silah satıb ki, bu da 2019-cu illə müqayisədə 6,5% azdır. Ümumilikdə, reytinqə doqquz rus firması daxildir, onların payı 5% təşkil edir. SIPRI-nin məlumatında ölkənin bu göstərici üzrə harada olduğu göstərilmir.

“SIPRI Top-100-ə daxil olan şirkətlər arasında silah satışında ən kəskin azalmalardan biri Rusiya şirkətləri arasında qeydə alınıb. Bu, 2011-2020-ci illər üçün Dövlət Silah Proqramının icrasının başa çatması və pandemiya ilə əlaqədar çatdırılma müddətlərinin gecikmələri ilə üst-üstə düşüb”, – SIPRI-nin bəyanatında deyilir. İnstitut qeyd edir ki, siyahıda satışda artım göstərən rus şirkətləri də var. Məsələn, “Birləşmiş Aviaqayırma korporasiyası” (16%).

SIPRI qeyd edir ki, Rusiya müdafiə sənayesində əsas hadisələrdən biri məhsul xətlərinin şaxələndirilməsidir. Rusiya şirkətləri gəlir strukturunda mülki məhsulların payını 2025-ci ilə qədər ümumi satışın 30%-nə, 2030-cu ilə qədər isə 50%-nə çatdırmaq üçün dövlət proqramını həyata keçirirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png