ONN İnformasiya Agentliyi

Tik-tok sevənlərə pis xəbər

Tik-tok sevənlərə pis xəbər
04 Dekabr 2019 - 13:10

ABŞ-ın Kaliforniya ştatında “istifadəçi məlumatlarının gizliliyini pozaraq şəxsi məlumatların Çinə satılması” iddiası ilə “TikTok” sosial şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırılıb.

ONN media xəbər verir ki, “TikTok”u məhkəməyə verən universitet tələbəsi Misty Honq tətbiqi yüklədiyini, lakin hesab açmadığını, paylaşmadığı videoları şirkətin gizli əldə etdiyini iddia edir.

“TikTok” istifadəçilərin razılığı olmadan şəxsi məlumatları reklam və mənfəət üçün satmaqda və haqsız qazanc əldə etməkdə ittiham olunur.

Xatırladaq ki, 2017-ci ildə Çinin texnologiya şirkəti “ByteDance” tərəfindən yaradılan sosial şəbəkə platforması “TikTok”un dünyada, təxminən, 500 min aktiv istifadəçisi var

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png