ONN İnformasiya Agentliyi

Türkiyə 2 şəhid verdi

Türkiyə 2 şəhid verdi
19 İyul 2019 - 20:51

Türkiyə təhlükəsizlik qüvvələrinin davam etdirdiyi antiterror əməliyyatlarında iki hərbçi şəhid olub.

ONN media xəbər verir ki, Bitlis bölgəsində PKK terrorçuları mülki minik avtomobilinə hücum ediblər. Raket atəşi nəticəsində avtomobildəki zabit həlak olub, bir mülki qarovul yaralanıb.

Türkiyə Silahlı Qüvvələrinin İraqın Hakurk bölgəsində davam etdirdiyi “Pençe” hərəkatı antiterror əməliyyatında isə bir əsgər şəhid olub. Bildirilir ki, əsgər PKK terrorçuları ilə atışmada həyatını itirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png